Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)


Mexanikləşdirilmiş və avtomatlaşdırılmış anbarların operatoru



Yüklə 330,35 Kb.
səhifə156/213
tarix11.02.2023
ölçüsü330,35 Kb.
#83817
1   ...   152   153   154   155   156   157   158   159   ...   213
F hl pe l ri v i l rin Vahid Tarif- xtisas Sor u Kitab as (h

236. Mexanikləşdirilmiş və avtomatlaşdırılmış anbarların operatoru
İşin xüsusiyyəti.
3-cü dərəcə
Yükgötürmə qabiliyyəti 15 t-a qədər olan körpülü, 5 t-a qədər olan eşşəkli, daşıyıcı kranlardan, kran-blok, akkumulyatorlu yükləyicilər, mexaniki bel, eynitipli avtomobil yükləyicilərindən istifadə edərək anbar, baza, vaqon, gəmi, avtomobil, konteyner meydançalarında və komplektləşdirmə və qablaşdırma sahələrində müxtəlif növ yüklərin yüklənib-boşaldılması, nəql etdirilməsi və anbardaxili emalı. Kütləsi 5-dən 25 t-a qədər olan müxtəlif yüklərin arabacıqlarda və platformalarda yerdəyişməsi: İş prosesində yüklərin, bortların və qapıların bağlanılması ilə vaqonların itələnməsi və daşınması. Neft və kimyəvi məhsulların qəbulu, qablara süzülməsi və doldurulması. Yükgötürmə qabiliyyəti 1 t-a qədər olan stellajlı kran-ştabellərlə müxtəlif yüklərin stellaja qoyulub çıxarılması, yükləmə meydançalarına gətirilməsi və onların konteyner, paket və altlıqlara qoyulması. Nasaz avadanlıq, alət və cihazlar üzrə defekt cədvəllərinin tərtilə edilməsi.
Bilməlidir: qaldırıcı kranların və onların mexanizmlərinin quruluşu və istismarı qaydalarını; körpülü, eşşəkli və daşıyıcı kranlardan, kran-bloklardan, akkumulyatorlu yükləyici mexanikikürəcik, birtipli avtomobil yükləyiciləri və yüktutucu vasitələrdən istifadə etməklə yüklərin anbardaxili yüklənilə boşaldılması, nəql edilməsi və texnoloji prosesini; yüklərin yerdəyişməsi və qurulması üçün texnoloji vasitələrdən istifadə qaydalarını; süzülüb doldurulan məhsulların əsas fiziki-kimyəvi xüsusiyyətlərini; məhsulların stellaja yüklənməsi qaydasını.
237. Mexanikləşdirilmiş və avtomatlaşdırılmış anbarların operatoru
İşin xüsusiyyəti.
4-cü dərəcə
Yükgötürmə qabiliyyəti 15 t-dan yuxarı olan körpülü kranlardan, yükgötürmə qabiliyyəti 5 t-dan 25 t-a qədər olan eşşəkli kranlardan, tırtıllı, pnevmotəkərli kranlardan, traktor, avtomobil və vaqon yükləyicilərindən, müxtəlif növ yüktutma vasitələrindən, portdaxili nəqliyyat maşınlarından istifadə etməklə anbarlarda, bazalarda, vaqonlarda, soyuducu kameralarda, gəmilərdə, avtomobillərdə, konteyner meydançalarında, komplektləşdirmə və qablaşdırma sahələrində müxtəlif növ yüklərin yüklənib-boşaldılması və anbardaxili emalı.
Vaqonlardan səpələnən və qalaqlanan yüklərin boşaldılmasında maşın və mexaniki qurğuların idarə edilməsi. Avtomobil, dəmiryolu, çay və dəniz sement daşıyıcılarını dolduran müxtəlif mexanizmlərin idarə edilməsi. Səpələnən və qalaqlanan yüklərin qəbulu, çəkilməsi və anbar, baza və stansiyalarda vaqon və avtomobillərə yüklənilə göndərilməsi prosesinin əl rejimində işləyən idarə pultundan aparılması. Kütləsi 25 t-dan artıq olan yüklərin daşınması, qoyulması, bərkidilməsi, arabacıq və platformada qurulması üzrə stropla tutma, bağlama və takelaj işlərinin aparılması. Anbar konveyerinin idarə edilməsi. Sarı, qırmızı fosforun, sıxılmış karbohidrogenin və toksiki maddələrin qəbulu, tutumlara süzülməsi və doldurulması. Stellajlara yükləyici və digər nəqliyyat vasitələrinin qoyulması və çıxarılması və yüklərin stellajlardan istehsal sahələrinə çatdırılması; yükgötürmə qabiliyyəti 1 t-dan yuxarı olan stellajlı kran-ştabellərin idarə olunması.
Bilməlidir: xidmət edilən körpülü, eşşəkli, tırtıllı və pnevmotəkərli kranlardan, traktor, avtomobil yükləyicilərindən, avtomobil və vaqon boşaldıcılarından istifadə etməklə anbardaxili yüklərin yüklənməsi, boşaldılması, nəql etdirilməsi qaydalarını və texnoloji prosesini; avtomat və idarə pultunun istismar qaydasını və onların quruluşunu; ağır yüklərin stropla tutma üsullarını və takelaj vasitələrindən istifadə qaydalarını; süzülən fosfor, sıxılmış karbo-hidrogen və toksiki maddələrlə rəftar qaydasını; xarici görkəminə əsasən kütlənin müəyyən edilməsi üsullarını; stellajların yüklənməsinə qoyulan texniki tələbləri; xidmət edilən istehsal sahələrinin yerləşməsini.

Yüklə 330,35 Kb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin