Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)



Yüklə 330,35 Kb.
səhifə155/213
tarix11.02.2023
ölçüsü330,35 Kb.
#83817
1   ...   151   152   153   154   155   156   157   158   ...   213
F hl pe l ri v i l rin Vahid Tarif- xtisas Sor u Kitab as (h

234. Mexaniki belin motorçusu
İşin xüsusiyyəti.
3-cü dərəcə
Mexaniki belə xidmət. Yüklərin boşaldılması zamanı mexaniki belin fasiləsiz işinin təmin edilməsi. Mexaniki belin nasazlığının aşkar edilməsi və aradan qaldırılması. Emal olunan materialların növündən asılı olaraq aqreqatın işinin tənzimlənməsi. Elektrik motorlarının qurulması və mərkəzləşdirilməsi. Elektrik güc xətlərinin montajı və demontajı. Mexaniki belin cari təmirinin aparılması.
Bilməlidir: mexaniki belin və köməkçi mexanizmlərin quruluşunu; materialların yüklənib-boşaldılması və yer dəyişməsi zamanı siqnalizasiya metodunu və qaydasını; elektrik quraşdırma işlərində elementar məlumatları; trosun birləşdirilməsi üsullarını.
235. Mexanikləşdirilmiş və avtomatlaşdırılmış anbarların operatoru
İşin xüsusiyyəti.
2-ci dərəcə
Konveyer, bucurqad, elektro və avtoarabacıqlar, qaldırıcı bloklar və digər analoji qaldırıcı-nəqliyyat mexanizmi və ləvazimatlardan istifadə etməklə anbarda, bazada, vaqonlarda, gəmi və avtomobillərdə. konteyner meydançalarında, soyuducu kameralarda komplektləşdirici və qablaşdırıcı sahələrdə müxtəlif növ yüklərin yükləmə, boşaltma, nəql etdirmə və anbardaxili emal işlərinin növləşdirilməsi, aparılması, yerdəyişməsi və bərabər paylanılmasının yerinə yetirilməsi. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında müxtəlif növ yüklərin yükləyici, boşaldıcı, yüktutucu mexanizm və ləvazimatlarla yüklənilə boşaldılması, yerdəyişməsi və ştabelə yığılması. Kütləsi 5 t-a qədər olan müxtəlif növ yüklərin yerdəyişməsi, qoyulması, bərkidilməsi və arabacıq və ya platformada tutma, bağlama və takelaj işlərinin yerinə yetirilməsi. Müxtəlif növ yüklərin, məmulat, detal, yarımfabrikat, hazır məhsulun möhürlənməsi, ştabelləşdirilməsi, etiketlərin yapışdırılması üzrə müxtəlif markirovka edici vəsait və avadanlıqlardan istifadə etməklə markirovkası. Qələvi, turşu, əridici və su qatışıqlarının qəbulu, qablara süzülməsi və doldurulması. Mexanizmlərin köməyi ilə yarımfabrikat və hazır məhsulların çəkililə qablaşdırılması. Qaldırıcı mexanizmlərin köməyi ilə məmulat, detal və məhsulun qablaşdırıcı maşına qoyulması və texniki şərtlərə uyğun olaraq müxtəlif taralara qablaşdırılması.
Bilməlidir: qaldırıcı-nəqliyyat vasitələrinin mexanizmlərini, tərəzidən istifadə edərək yüklərin yüklənməsi, boşaldılması, nəql etdirilməsi və boşaldılması qaydalarını və anbardaxili emalı prosesini, onların quruluşunu; yüklərin yüklənməsi və boşaldılması zamanı şərti siqnalizasiyanı; üstü açıq hərəkət heyətinə, avtomobilə, gəmiyə və soyuducu kameraya yükləmə zamanı yüklərin yol verilən ölçülərini; anbarların yerləşməsini və yüklərin yüklənilə boşaldılma yerini; strop və takelaj vasitələrindən istifadə qaydalarını; çəkiləsi yüklərin çeşidini, növünü və assortimentini; yüklərin saxlanılması qaydasını, qablaşdırma, qurulma və ştabelləşdirilmə üsullarını; yüklərin şifrini və markirovka zamanı şərti işarələrini; yarımfabrikat və hazır məhsulların çəkililə bükülməsi, dozalaşdırılması qaydalarını; maye məhsulların qəbulu, süzülməsi və qablara doldurulmasının norma və qaydalarını.

Yüklə 330,35 Kb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin