Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)


Maqnit nəzarəti üzrə defektoskopçu



Yüklə 330,35 Kb.
səhifə151/213
tarix11.02.2023
ölçüsü330,35 Kb.
#83817
1   ...   147   148   149   150   151   152   153   154   ...   213
F hl pe l ri v i l rin Vahid Tarif- xtisas Sor u Kitab as (h

225. Maqnit nəzarəti üzrə defektoskopçu
İşin xüsusiyyəti.
5-ci dərəcə
Bütün növ maqnit və elektromaqnit defektoskoplarda maqnit defektoskopiyasının aparılması. Məmulatların hazırlandığı materialların maqnit və elektrik parametrlərinin ölçülməsi üçün olan dəqiq ölçü cihazları və qurğularla iş. Defektoskopların sınaqdan keçirilməsi və sazlanması. Ferrozond vericilərin hazırlanması və onların həssaslığının müəyyənləşdirilməsi. Ferrozond vericili aparatlardan məlumatın açılması. Defektlərin ölçülərinin və yerləşdiyi yerin dərinliyinin müəyyənləşdirilməsi. Detal, yaxud qaynaq yerləri üzrə maqnit keçiriciliyinin bölgü kartoqramının qurulması.
Bilməlidir: maqnit və elektromaqnit nəzarəti üzrə bütün iş növlərini; qalınlıq ölçmə tiplərini, materialın maqnit xarakteristikasını çıxarmaq üçün olan cihazların quruluşunu; cihazların dərəcələrə bölünmə üsullarını.
Orta ixtisas təhsili tələb olunur.
İş nümunələri:
1. Avarlı vintlərin pərləri - kök çatlarında defektlərin yerləşməsi, dərinliyinin və ölçülərinin müəyyənləşdirilməsi.
2. Ballistik qurğular - dərəcələrinin yoxlanılması.
3. Sapfa, ox şarnirin korpusu (gövdəsi), vertolyotun aparıcı vintinin vtulka pərlərinin lingləri - maqnitlə nəzarət.
4. Cüt çarxların elementləri – maqnitlə nəzarət.
226. Mineral təhlil üzrə laborant
İşin xüsusiyyəti.
2-ci dərəcə
Mineraloji analiz üçün orta nümunələrin hazırlanması. Gil materiallarının şlix üçün dezinteqrasiya edilməsi və ayrılması. Ələk dəstində silkələməklə yumşaq (boş) və ya dezinteqrasiya edilmiş süxurların analizi. Müxtəlif maqnitlərin köməyi ilə maqnit və elektromaqnit fraksiyasının ayrılması. Çıxışların iri parçalarının çəkilməsi və hesablanması, həmçinin maqnit, elektromaqnit və qeyri-maqnit fraksiyaların çıxışlarının hesablanması.
Bilməlidir: mineralogiyaya dair adi məlumatları; orta nümunələrin hazırlanma üsullarını; ələklə analizlərin keçirilmə metodikasını; texniki tərəzilərin, maqnitlərin və quruducu şkafların quruluşunu və onlara xidmət qaydalarını.

Yüklə 330,35 Kb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin