Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)


Metallarda qazların təhlili üzrə laborant



Yüklə 330,35 Kb.
səhifə153/213
tarix11.02.2023
ölçüsü330,35 Kb.
#83817
1   ...   149   150   151   152   153   154   155   156   ...   213
F hl pe l ri v i l rin Vahid Tarif- xtisas Sor u Kitab as (h

230. Metallarda qazların təhlili üzrə laborant
İşin xüsusiyyəti.
2-ci dərəcə
Vakuum-isitmə metodu ilə vakuum qurğularında metallardakı qazın müəyyənləşdirilməsi. Nümunələrin hazırlanması və onların analitik tərəzidə çəkilməsi. Vakuum qurğularının işə hazırlanması. Termoparın köməyi ilə temperaturun ölçülməsi. Yüksüz vəziyyətdə boş-boşuna təcrübələrin aparılması. Hesablama formulası üzrə metallarda qazların müəyyənləşdirilməsi. Vakuummetr vasitəsi ilə vakuumun ölçülməsi. Şüşə və kvars məmulatlarının təmizlənilə yuyulması. Tökülmüş civənin yığılması. Süzmə, mexaniki və sublimasiya üsulları ilə civənin təmizlənməsi.
Bilməlidir: əvvəlcədən boşaldan (forvakuum), yüksək vakuumlu (diffuz) nasosların, civə manometrlərinin iş prinsipini; oksigenin və hidrogenin müəyyənləşdirilməsi metodlarının qısa xarakteristikasını; qazların metalların xüsusiyyətlərinə təsirini; vakuum-isitmə metodunun fiziki-kimyəvi əsaslarını; qazların analiz metodlarını; aşağı temperaturlu kondensasiya metodunun kimyəvi əsaslarını; müqavimət elektrik peçinin quruluşunu; kimya reaktivləri, civə və maye azotla işləmə qaydalarını; şüşədən civə-vakuum qurğularında işləmək üzrə təlimatları.
231. Metallarda qazların təhlili üzrə laborant
İşin xüsusiyyəti.
3-cü dərəcə
Vakuum-əridilmə, kütlə-spektral və xromatoqrafiya metodları ilə müxtəlif qurğularda metallardakı qazların müəyyənləşdirilməsi. İzotop metodu ilə analiz aparıldıqda nümunələrin kütlələrinin seçilməsi. İzotop mübadiləsinin keçirilməsi. Kütlə-spektrometrin qoşulması və ona sürət verilməsi. Kütlə-spektrometrdə və xromotoqrafda sonradan analiz etmək üçün qazların yığılması. Vakuum qurğularında sızmaların aşkar olunması. Civənin kimyəvi təmizlənməsi.
Bilməlidir: vakuum-əridilmə qurğularının, xromatoqrafların, qabaqcadan boşaldan (forvakuum), yüksək vakuumlu (diffuziya) nasoslarının quruluşunu; ionlaşdırıcı və maqnit boşaldıcı manometrlərdən istifadə etmə qaydalarını; vakuum-əridilmə metodunun və xromatoqrafiyanın fiziki-kimyəvi əsaslarını; müxtəlif izotopların xassələrini; izotopla durultma metodunu; yüksəktezlikli induksion isitmənin fiziki əsaslarını; əsas metalların ərimə temperaturunu; metallardan çıxan qazların metal sublimasiyası məhsulları ilə udulma üsullarını; sublimasiya məhsulları ilə mübarizə metodlarını; metallarda qazları analiz etmək üçün izotoplu metaldan istifadə; şüşə, civə, sürtkü materialı, yağın və s. vakuum materiallarının xassələrini; vakuumun ölçülməsinin fiziki əsaslarını.

Yüklə 330,35 Kb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin