252. Radioaktiv tullantıların emalçısı İşin xüsusiyyəti. 2-ci dərəcə Maye və bərk radioaktiv tullantıların yüklənməsi üçün tutumların hazırlanması. Bərk tullantılar üçün nəzərdə tutulmuş tutumlarda lövhələrin açılması və bağlanılması. Maye tullantılar üçün rezervuarlarda lyukların açılması və bağlanılması.
Tutumların səthlərinin və giriş yollarının təmiri: asfalt-beton çəkilməsi, tozun, çirkabın, qarın və s. yığılması.
Bilməlidir:universal və xüsusi ləvazimatın təyinatını və istifadə qaydalarını; radiasiya gigiyenası qaydalarını.
253. Radioaktiv tullantıların emalçısı İşin xüsusiyyəti. 3-cü dərəcə Müxtəlif ləvazimatdan istifadə etməklə, xüsusi avtomaşınlardan bərk radioaktiv tullantıların boşaldılması. Radioaktiv tullantıların boşaldılması zamanı tozlanmanın qarşısını almaq məqsədi ilə su pərdəsinin qoşulması. Radioaktiv tullantıların tutumların üst qatında yerləşdirilməsi. Sement qatışığının, asfalt-bitum kütləsinin, beton qarışdırıcının, hərəkətedici qazanın köməyi və ya əl ilə hidroizolyasiyasının istehsalı üçün hazırlanması. Tikişlərin cındırla kəlitkələnməsi və onların sement qatışığı və ya asfalt-bitum kütləsi ilə tutulması. Doldurulmuş tutumların üst qatının hamarlanması, bəndlənməsi və örtülməsi.
Bilməlidir: beton qarışdırıcının quruluşunu, beton və asfalt-bitum qarışığının əsas xüsusiyyətlərini; sement məhlulunun hazırlanması üsullarını və onların xüsusiyyətlərini; radiasiya təhlükəsizliyi qaydalarını; universal və xüsusi ləvazimatların quruluşunu.
254. Radioaktiv tullantıların emalçısı İşin xüsusiyyəti. 4-cü dərəcə Maye radioaktiv tullantıların xüsusi maşınlardan tutumlara boşaldılması. İonlaşdırıcı şüalanma mənbələri olan konteynerlərin boşaldılması və onların xüsusi saxlanılan yerlərdə basdırılması. Radioaktiv mayelərin mərkəzəqaçma nasosları ilə ötürülməsi. Radioaktiv mayelərdə sementləşdirmə üzrə qurğuda sement qatışığının hazırlanması. Tutum və avadanlıqların vəziyyətinə nəzarət. Avadanlığın və inventarın cari təmiri. Tutumların radioaktiv mayelərlə doldurma səviyyəsinə nəzarət.
Bilməlidir: radioaktiv maddələrin əsas xüsusiyyətlərini; radioaktiv şüalanmadan müdafiə üsullarını; radioaktiv maddələrin lazımi konsentrasiyasını və şüalanma səviyyəsini; istifadə edilən avadanlığın quruluşunu və kinematik sxemini; universal və xüsusi ləvazimatların konstruksiyasını.