255. Radioaktiv tullantıların emalçısı İşin xüsusiyyəti. 5-ci dərəcə Bərk radioaktiv tullantıların preslənməsi, mayelərin tutumlarda sementləşdirilməsi. Bərk və maye radioaktiv tullantıların sement-beton monolitdə basdırılması. İdarə pultuna xidmət və sementləşdirmə üzrə qurğuların vəziyyətinə nəzarət etmək; baxış, yağlanma, salniklərin doldurulması, möhkəmliyin yoxlanılması və s.
Radioaktiv tullantıların mürəkkəb aparatlarda və qurğularda yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında emalı. Növbə jurnalının müəyyən edilmiş qaydada aparılması.
256. Radioaktiv tullantıların emalçısı İşin xüsusiyyəti. 6-cı dərəcə Bərk, maye, bioloji, qazşəkilli və digər radioaktiv tullantılarının presləmə, yandırma, bitumlama, sementləmə, buxarlandırma, şüşələmə metodu ilə mürəkkəb texnoloji aparat və qurğularda ciddi reqlamentləşdirilmiş proseslərdə bişirilməsi və emalı. Nəzarət-ölçü cihazlarına, avtomatik cihazlara, dozimetriya və radiometriya üzrə texnoloji rejimə nəzarət və tənzimləmə. Avadanlığın işində nasazlıqların aradan qaldırılması. Nəzarət-ölçü cihazlarının göstəricilərinin növbə ərzində emalı və tərtilə edilməsi.
Bilməlidir:kimyanın və fizikanın əsaslarını; radioaktiv tullantıların emalı üzrə müxtəlif proseslərin texnologiyasını və cihazların konstruksiyasını.
257. Radioteleviziya aparatlarının təmiri və xidməti üzrə radiomexanik İşin xüsusiyyəti. 3-cü dərəcə II sinifdən yuxarı olmayan radioaparatları, maqnitofon, televizor və radioqəbuledici qurğularının sökülüb yığılması və təmizlənməsi. Radiolampalarının yoxlanılması. Otaq televiziya antenalarının təmiri. Radioteleaparatların qoruyucularının dəyişilməsi, ştekerin, idarə qollarının təmiri, blokirovkanın pis kontaktlarının aradan qaldırılması, qidalandırıcı şnurun ştepsel çəngəli ilə dəyişdirilməsi və təmiri, III sinifdən yuxarı olmayan televizor kineskopunun, blokların, televizor proqramlarının dəyişdiricilərinin və kanallar dəyişdiricisinin çıxarılması və quraşdırılması. Bir proqramlı radioqəbuledicilərin, avtodayandırıcısız elektrik proiqrıvatel qurğularının nasazlıq səbəblərinin aşkar edilməsi və təmiri.
Bilməlidir: elektrotexnika, radiotexnika və televiziya haqqında əsas məlumatları, ağ-qara televizorların, radioqəbuledicilərin və digər radioaparatların quruluşunu, funksional sxemini və əsas birləşmələrinin işini; rəngli təsvirlərin verilməsi və qəbulu haqqında ümumi məlumatları; radiolampaların, yarımkeçirici diodların xarakteristikasını; ağ-qara təsvirli televizor və digər radioaparatların sökülüb yığılması ardıcıllığını; ağ-qara təsvirli televizorların, radioqəbuledicilərin və digər radioaparatlarının nasazlıqlarının aşkar edilməsi, onların təmiri metodlarını, otaq antenalarının tipi və konstruksiyalarını; televizor və radioqəbuledicilərin quraşdırılması qayda və üsullarını, onların antenaya birləşdirilməsini; quraşdırıcı- tənzimləyici alətlərin təyinatı və tətbiq edilməsi.