271. Respirator və əleyhqazların təmirçisi İşin xüsusiyyəti. 2-ci dərəcə Respirator və əleyhqazların sökülməsi və yığılması. Filtrlərin tozdan təmizlənməsi və üfürülməsi. Respirator və əleyhqazların yoxlanılması, təmiri və yararsız hissələrinin dəyişdirilməsi, yuyulması, qurudulması. Respirator və əleyhqazların buraxılması, qəbulu və saxlanılması.
Bilməlidir:respirator və əleyhqazların quruluşunu; respirator və əleyhqazların yoxlanılması, təmiri və sınağı üsullarını, respirator və əleyhqazların saxlanılması qaydalarını.
272. Sionid məhlulunun neytrallaşdırıcısı İşin xüsusiyyəti. 3-cü dərəcə Sionid və digər zəhərli tullantı və termik istehsal taralarının elektrod sobalarında, neytrallaşdırıcı vannalarla və digər avadanlıqlarda neytrallaşdırma prosesinin aparılması. Əzilmiş sionid duzunun porsiyalarla elektrod sobalarına və neytrallaşdırıcı vannalara yüklənməsi. Zərərsizləşdirici reagentlərin hazırlanması. Mexanizm, nasos, buxarlı quruducu, elektrod sobası, sentrifuqa və qarışdırıcı çənin işinə nəzarət edilməsi.
Bilməlidir: elektrod sobasının, neytrallaşdırıcı vannaların və digər avadanlığın quruluşunu; neytrallaşdırıcı maddələri; müxtəlif zəhərli tullantı və taranın neytrallaşdırılması üçün onların dozasını; müxtəlif tullantıların vanna və sobalarda saxlanılma dərəcəsini; sionidli birləşmələrlə zəhərlənmə zamanı ilk yardımın göstərilməsi qaydasını.
273. Sınaq təhlili üzrə laborant İşin xüsusiyyəti. 3-cü dərəcə Məmulatlarda, ərintilərdə, qalaylarda, yarımfabrikatlarda və istehsal tullantılarında qiymətli metalların olmasını yoxlamaq üçün sadə və orta mürəkkəbli analizlərin aparılması. Əlvan metallardan olan qalayların, istehsal tullantılarının yandırılmasından alınmış külün qəbul edilməsi, metodika üzrə təhlili. Titrlənmiş və faizli məhsulların və oksidləşdirilmiş qatışıqların hazırlanması. Nümunələrdə xəlitə düzəltmə, yandırma, əritmə, həlletmə, süzmə, şerberləmə və kupelyasiya proseslərinin aparılması. Qiymətli metalların çəkilməsi. Qızdırıcı cihazlara xidmət, analizin nəticələrinin yazılması.
Bilməlidir: tərkibində qiymətli metalların olmasını yoxlamaq üçün analizin aparılma metodlarını; tətbiq olunan reaktivlərin təyinatını və xassələrini; mufelli peçləri; elektrik cihazlarının və laboratoriya avadanlığının quruluşunu; texniki və analitik tərəzilərdən, viskozimetrlərdən, areometrlərdən və s. istifadə qaydalarını; proseslərin temperatur rejimlərini; yanacağın yandırılma və havanın verilmə rejimlərini.