266. Rentgenospektral təhlil üzrə laborant İşin xüsusiyyəti. 2-ci dərəcə Nümunələrin (probların) analizə və rentgenospektral aparatın işə hazırlanması. Daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında qəbul olunmuş metodikalar üzrə analizlərin yerinə yetirilməsi. Dərəcələrə bölünmə asılılığın hesablanması. Analiz olunan elementlərin doyma dərəcəsini müəyyən etmək üçün hesablamaların yerinə yetirilməsi. Jurnalda qeydlər edilməsi.
Bilməlidir:rentgenospektral analizin prinsipini; aparatların ayrı-ayrı qovşaqlarının təyinatını və onların iş prinsipini; sadə qeydiyyat aparatlarında işləmə qaydalarını; rentgen şüalanmanın qeydə alınma qaydalarını; nümunələrin keyfiyyətinə qoyulan tələbləri; metalların və ərintilərin quruluşu haqqında əsas məlumatları; analiz olunan nümunələrdə (problarda) komponentlərin faiz tərkibinin sadə hesablanma qaydalarını; reaktivlərlə və turşularla işləmə qaydalarını; elektrotexnika, optika üzrə ümumi məlumatları; rentgenospektral cihazlarda təhlükəsiz işləmə qaydalarını.
267. Rentgenospektral təhlil üzrə laborant İşin xüsusiyyəti. 3-cü dərəcə Qəbul olunmuş metodika üzrə bir çox nümunələrin rentgenospektral keyfiyyət və kəmiyyət analizlərinin aparılması. Analiz üçün olan nümunələrin (probların) hazırlanması və onların keyfiyyətinə nəzarət. Sintetik etalonların və məhlulların hazırlanması. Bir çox nümunələrin analizini aparmaq üçün planın tutulması. Rentgenospektral aparatın dərəcələrə bölünməsi. Analitik qrafiklərin etalonlar üzrə düzəldilməsi. Aparaturanın işinə nəzarət. Cihazların göstəricilərinin dərəcələrə bölünmüş qrafiklər və cədvəllər üzrə işlənilməsi. Analiz göstəricilərinin işlənilməsi və sənədləşdirilməsi. Rentgenospektral aparatın müxtəlif iş rejimlərinə keçirilməsi.
Bilməlidir: rentgen səciyyəvi spektri və dayandırma spektri haqqında ümumi məlumatı; rentgen şüaların xassələrini və onların maddələrlə qarşılıqlı əlaqəsini; qıcıqlandırılan probların flüoressensiya spektri haqqında əsas məlumatları; kristaldifraksiya ölçülərinin fiziki əsaslarını; yüksək voltlu generatorların prinsipial sxemlərini; rentgen spektrometrin optik sxemini; aparatların şəbəkəyə qoşulma qaydalarını; rentgen trubkasının quruluşunu və tiplərini; kenotronların, mühafizə örtüklərinin və idarə etmə pultunun ayrı-ayrı elementlərinin təyinatını; rentgenospektral analizdə tətbiq olunan aparatların xarakteristikasını; rentgenospektral aparatlarında işləmək üçün əsas üsulları və qaydalarını; dərəcələrə bölünmüş qrafikin tutulma metodunu; probun tərkibindəkilərin faiz dərəcəsinin hesablanma qaydasını; analiz olunan məhsulların tərkibini; probların, etalonların və analizlərin keyfiyyətinə qoyulan tələbləri; rentgenospektral analizin aparılma metodikası və mərhələlərini; xətaların mənbələrini.