İşin xüsusiyyəti. 3-cü dərəcə Soyuducu aparatların sulu ammonyak məhlulu, hidrogenlə doldurulması və onların dolma keyfiyyətinin yoxlanılması. Sulu ammonyak məhlulunun hopdurma çənlərində hazırlanması. Məhlulun doyması üçün soyudulmuş suyun verilməsinin tənzimlənməsi və hopdurma çənlərində təzyiqin tənzimlənməsi. Soyuducu aparatları doldurmaq (vakuumlaşdırmaq, hidrogenlə üfürmək, təkrar vakuumlaşdırmaq) üçün hazırlanması. Doldurucu ştuserin germetikliyinin yoxlanılması. Doldurma stansiyasının cari təmiri və təmirdən sonra sınaqdan keçirilməsi.
Bilməlidir:doldurma stansiyası avadanlığının əsas hissələrin, doldurma stendlərinin, soyuducu qurğuların, vakuum-nasosların, kollektorların, tənzimləmə cihazlarının, boru kəmərlərinin və armaturanın quruluşunu və təyinatını; məhlulu doldurmaq üçün verilən soyudulmuş suyun tənzimlənmə qaydalarını; məişət soyuducularında aparatların quruluşunu; doldurma vaxtı soyuducu aparatlarla rəftar qaydasını; ammonyakın, hidrogenin və məhlulların görülən işlər daxilində fiziki-kimyəvi xüsusiyyətini.
285. Soyuducu aparatların doldurucusu İşin xüsusiyyəti. 4-cü dərəcə Sulu ammonyak məhlulunu qarışdırmaq üçün hidrogenin hopdurma çənlərinə verilməsinin tənzimlənməsi. Təhlil üçün nümunənin seçilməsi. Ammonyakın yüksək qatılığı zamanı məhlulun həll olunması və yaxud təhlilin nəticələrinə görə məhlulun qatılığı kifayət qədər olmadıqda ammonyakın artırılması.
Bilməlidir: doldurma stansiyası avadanlığını; doldurma stendlərinin, soyuducu qurğularının, vakuum-nasosların, kollektorların, tənzimləmə cihazlarının, boru kəmərlərinin və armaturanın quruluşunu; xidmətdə olan nəzarət-ölçü cihazların quruluşunu; təhlil üçün ammonyak məhlulundan nümunə götürmə qaydalarını və ardıcıllığını; hopdurma çənlərində sulu ammonyak məhlulunu həll edərkən hidrogenin və ammonyakın verilməsinin tənzimlənmə qaydasını.
286. Soyuducu qurğuların maşinisti İşin xüsusiyyəti. 2-ci dərəcə Yüksək ixtisaslı maşinistin rəhbərliyi altında kompressor, nasos, kondensator, buxarlandırıcı, havasoyuducu, boru kəmərləri və soyuducu qurğuların armaturlarına, həmçinin buz istehsalı üçün qurğulara xidmət. Qurğu mexanizmlərinin tənzimlənməsi, yağlanması, aparaturun, xidmət edilən avadanlığın, boru kəmərlərinin cari və planlı-xəbərdarlıqlı təmirində iştirak etmək.
Bilməlidir: soyuducu qurğuların kompressor, nasos, kondensator, buxarlandırıcı, havasorucu və digər avadanlıqlar haqqında məlumatları; nəzarət-ölçü cihazlarının, boru kəmərlərinin və armaturun quruluş sxeminin yerləşdirilməsini; qurğunun işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması üsullarını; soyuducu agentlərin nomenklaturunu; xidmət edilən maşınların yağlanması qaydalarını; işlədilən sürtkü yağlarının növü və çeşidini.