F hl pe l ri v i l rin Vahid Tarif- xtisas Sor u Kitab as (h
287. Soyuducu qurğuların maşinisti İşin xüsusiyyəti. 3-cü dərəcə Cəmi soyuqluq istehsal gücü saatda 2,1 mln. kC-dək (saatda 500000 kkal) olan soyuducu qurğulara və buz istehsal edən qurğulara xidmət. Soyuducu qurğuların daha keyfiyyətli iş rejiminin saxlanılması. Ammonyak və su nasosları kompressorlarının, resiverlərin, kondensatorların, buxarlandırıcıların və soyuducu qurğuların digər mexanizmlərinin tənzimlənməsi. Mühərrik, boru kəməri, armatur, cihaz və aparatların sazlığına nəzarət. Soyuducu qurğuların aqreqat və aparatlarının işində olan nasazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması. Təftişin aparılması və avadanlığın, kommunikasiyanın təmirində defekt cədvəllərinin tərtilə edilməsi. Bütün təmir işlərində iştirak etmək. Təmirdən çıxmış avadanlığın qəbulu və sınağı. İndikator diaqramlarının çıxarılması. Buxarlandırıcıya verilən soyuducu agentin, kompressorda təzyiq və temperaturun keyfiyyətinə nazarət. Daha aşağı dərəcəli maşinistin işinə nəzarət. Qurğunun, soyuducu agentin və elektrik enerjisinin sərfi üzrə qeydlərin aparılması.
Bilməlidir: müxtəlif sistemli soyuducu qurğuların konstruktiv quruluşunu; soyuducu prosesi üzrə fizikanın əsas qanununu; boru kəmərlərinin, armaturun, avtomatik tənzimləmə cihazlarının və nəzarət cihazlarının yerləşmə sxemini; soyuqluq istehsalı üzrə texnoloji prosesin və soyuducu qurğulardan istifadənin faydalı əmsalını; izotop-səviyyə ölçənin, elektron körpülərin, solenoidli fırlandırıcıların və digər nəzarət-ölçü cihazlarının quruluşunu; elektrik xətlərinin yandırıb-söndürülməsini; avadanlığın təmirdən sonra qəbulu və sınağını; qurğuların texniki və hesabat sənədlərinin aparılması formasını.
4-cü dərəcə: cəmi soyuqluq istehsalı saatda 2,1-dən 6,3 mln. kC (saatda 500000-dən 1,5 mln. kkal - qədər) olan qurğulara xidmət etdikdə;
5-ci dərəcə: cəmi soyuqluq istehsalı saatda 6,3-dən 12,6 mln. kC (saatda 1,5-dən 3 mln, kkal-dək) olan qurğulara xidmət etdikdə;
6-cı dərəcə: cəmi soyuqluq istehsalı saatda 12,6 mln. kC-dən artıq (saatda 3 mln, kkal-dan çox) olan qurğulara xidmət etdikdə.