282. Spektral təhlil üzrə İşin xüsusiyyəti. 6-cı dərəcə Məlum olmayan nümunələrin keyfiyyət analizinin yerinə yetirilməsi. Hesablayıcı texnikadan istifadə edərək aparılmış qeyri-standart analizlərin metroloji qiymətləndirilməsi. Qabaqcadan ilkin oksid etalonları hazırlayıb qlobus qövs metodu ilə standart nümunələrin materiallarının, attestasiya analizi. Arbitraj analizinin aparılması. Spektroqrafların, mikrofotoelektorların, kvantometrlərin, spektroprojektorların və digər spektral avadanlığın və proyeksiya cihazlarının qurulması, yüstirlənməsi, fokusun tapılması, sazlanması. Hazır məhsula laboratoriyalararası nəzarət. Aşağı ixtisasdan olan laborantların işinə rəhbərlik.
Bilməlidir:spektral cihazların quruluşunu və onların optik sxemlərini; əsas metroloji anlayışları; analiz metodikasının dəqiqliyi və təkrar istehsalı qabiliyyətini hesablamaq üçün düsturları; spektrləri qeydə alma metodlarını; nümunələrin qabaqcadan zənginləşdirmə metodlarını; kiçik qatışıqları müəyyən etmə üsullarını; analitik xətlər atlasını; xidmət olunan spektral avadanlığın yüstirləmə və sazlama qaydalarını.
Orta ixtisas təhsili tələb olunur.
283. Soyuducu aparatların doldurucusu İşin xüsusiyyəti. 2-ci dərəcə Norma çənlərinin natrium xromatın sulu məhlulu ilə doldurulması. Sulu ammonyak məhlulunu soyutmaq üçün vakuum-nasosların, hopdurma çənlərinin, soyuducu qurğuların, doldurucu stendlərin və boru kəmərlərin işini müşahidə etmək. Hidrogenli və ammonyaklı balonların dəyişdirilməsi. Doldurma stansiya aparatlarının işi haqqında qeydlər aparılması. Soyuducu aparatları doldurmaq üçün daşınması. Doldurma stansiyası aparatlarının cari təmirində iştirak.
Bilməlidir: doldurma stansiyasında avadanlığın, soyuducu qurğuların, vakuum-nasosların, doldurma stendlərin iş prinsipini; natrium xromatın sulu məhlulu ilə hopdurma çənlərinin doldurulması və hidrogenli və ammonyaklı balonların dəyişdirilməsi üsullarını.
284. Soyuducu aparatların doldurucusu