268. Rentgenospektral təhlil üzrə laborant İşin xüsusiyyəti. 4-cü dərəcə İki-üç növ material üçün bir neçə komponentlərin qəbul olunmuş metodikalar üzrə seriyalı kəmiyyət və keyfiyyət rentgenospektral analizlərin aparılması. Analiz edilən elementin doyma dərəcəsinə müvafiq olaraq probların ölçülmə metodikası və optimal rejiminin seçilməsi. Etalonların seçilməsi və onlar üzrə analitik qrafiklərin qurulması. Qeyri-standart (tək-tək) analizlərin və məlum olmayan materialların analizinin aparılması. Məhlulların absorbsiya rentgenospektral metodla analizi. Ayrı-seçkilik (diskriminasiya) rejiminin düzgün verilməsinin yoxlanılması. Rentgenospektral aparatlarda xırda nasazlıqların aradan qaldırılması, rentgen trubkaların, qeyd sistemində ayrı-ayrı blokların dəyişdirilməsi. Metroloji hesabatların işlənilməsi və sənədləşdirilməsində və metodiki işdə iştirak. İmpulslar sayğacında işlək xarakteristikaların müəyyənləşdirilməsi. İş vaxtının seçilməsi və xarab olduqda sayğacların dəyişdirilməsi. Sayğaclarda yarıqların tapılıb dəyişdirilməsi. Spektrometrdə və EHM-lərdə işləyərkən səhv və qəza vəziyyətinin analizi.
Bilməlidir:fizikanın, ümumi və analitik kimyanın əsaslarını; rentgenospektral aparatlarda blokların quruluşunu, təyinatını və iş prinsipini, ilkin və ikinci spektrlərin qıcıqlandırılması; rentgen şüalarının spektrdə parçalanmasını; rentgen şüaların kristallarda difraksiyasını; ikinci rentgen şüalanma intensivliyinin analiz olunan obyektin tərkibindən asılılığını; kristal-analizatorların fokusu tapma metodlarını; keyfiyyət və kəmiyyət rentgenospektral analizin sxemini; analizin həssaslığını və onun tətbiqi sahəsini; rentgenospektral analizdə mümkün olan səhvləri, onların aradan qaldırılma və uçotu üsullarını; nəzarət edilən texnoloji proseslərin əsas parametrlərini; analiz üçün probların seçilmə və hazırlanma sxemini və əməliyyatlar üzrə parametrlərini; analiz olunan məhsulların tərkibini və onların alınma texnologiyasını; hesab şkalasını düzəltmə və rentgen şüaların spektrə parçalanması metodlarını.