262. Rentgen-qammaqrafiya defektoskopçusu İşin xüsusiyyəti. 3-cü dərəcə Sadə məmulatların işığa salınması. Daha yüksək defektoskopçunun rəhbərliyi altında məsuliyyətli boru kəmərlərinin işığa salınması. Sadə və orta mürəkkəbli məmulatların ionizasiya və stsintilyasiya nəzarəti. Zəruri şüalanma mənbələrinin seçilməsi və ekspozisiyasının müəyyənləşdirilməsi. Radioaktiv izotopun fəallığını müəyyən etmək məqsədilə baxılması. Rentgen və qammaqrafiya aparatının tənzimlənməsi.
Bilməlidir:rentgen qurğularında sürətləndirici texnikanın, qammaqrafiya, ionizasiya və stsintiliyasiya nəzarəti üçün aparatların iş prinsipini; elektrotexnika və metalşünaslığın əsaslarını; metalların və tökmələrin müxtəlif qaynaq növlərinin texnologiyasını; qaynaq birləşmələrinin növlərini və qaynaq texnologiyasını; defektlərin qaynaq yerlərinə verilən tələblərini; dozimetriyanın əsaslarını; metallardan şüalanma keçdiyi zaman onların zəiflədici xüsusiyyətlərini; rentgen, qammaqrafiya üçün tətbiq olunan metalların xassə və xüsusiyyətlərini; şüalanma mənbələrinin, işığa salma parametrlərinin və lazımi ekspozisiyaların seçilməsini:
İş nümunələri: 1. Tökmə məmulatları-işığa salma.
2. Damğalı və zolaqlı birləşmələr -işığa salma.
3. Qaynaq borular-işığa salma.
4. Vertolyotun aparıcı vintinin boruları, vtulkalar-işığa salma.
5. Balon və silindrlərin dairəvi tikiş yerləri-işığa salma.
263. Rentgen-qammaqrafiya defektoskopçusu İşin xüsusiyyəti. 4-cü dərəcə Orta mürəkkəbli məmulatların işığa salınması. Mürəkkəb məmulatların ionizasiya və stsintiliyasiya nəzarəti. Sürətləndirici texnikanın və qamma-qurğularının vasitəsi ilə məmulatların işığa salınması. Məsuliyyətli boru kəmərlərinin işığa salınması. Kseroqrafiya qurğularında işləmək. Rentgen və radioqrafiya aparatlarının cari təmiri və sazlanması. Şüalanma mənbələrinin doldurulması və yenidən doldurulması.
Bilməlidir: ionizasiya və stsintilyasiya nəzarəti üçün rentgen, radioqrafiya aparatlarının elektrik sxemlərini; çoxlu enerji şüalanması ilə işığa salınan maddənin qarşılıqlı fəaliyyətini; kseroqrafiyanın əsaslarını; mümkün şüalanma dozalarının, şüalanma mənbələrinin və verilmiş məsafədə qalma müddətinin (vaxtının) hesablanmasını; müxtəlif sürətləndiricilərin quruluşu haqqında əsas məlumatları.
İş nümunələri: 1. Silindrik və kürə səthlərdə qaynaqlar-işığa salma.
2. Aviamühərrikin yanacaq kollektoru-işığa salma və rentgenoqrammanın açılması.
3. İşlək konteynerləri-izotoplarla yenidən doldurulması.
4. Metallurgiya sexləri üçün metal və xəlitə - işığa salma.