269. Rentgenospektral təhlil üzrə laborant İşin xüsusiyyəti. 5-ci dərəcə Qısadalğalı və uzundalğalı spektrometrlərdə, kvantometrlərdə və analizatorlarda, daxili standart və standartfon üsulları ilə daha mürəkkəb qeyri-standart kəmiyyət və keyfiyyət rentgenospektral analizlərin yerinə yetirilməsi. Mürəkkəb kimyəvi və faza tərkibli obyektlərin (oksidlərin, duzların, ftoridlərin, flüslərin, şlakların, metalların, ərintilərin, aşqarların) analizi. Zərif qatlarda rentgenospektral analiz. Bir neçə elementlərə sintetik etalonların və yoxlama nümunələrinin hazırlanması. Ərintilərdə qaynaq yerlərinin və defektlərin lokal rentgenospektral analizi. Analiz metodunun və optimal şəraitin seçilməsi. Stasionar və səyyar rentgenospektral aparatların quraşdırılması və sazlanması. Analizatorların radioaktiv izotoplarla yenidən doldurulması. Spektrometrlərdə hesab-qeyd traktlarının yoxlanılması. Yeni aparaturanın mənimsənilməsində və rentgenospektral analizin müxtəlif metodlarından istifadə edərək metodikaların işlənilə hazırlanmasında iştirak. Elektron və klavişli hesablayıcı maşında analizin nəticələrinin işlənilməsi. Elementlərdə analitik xətlərin intensivliyinin kompleks ölçülməsi. Skoplama spektrometrində keyfiyyət analizinin aparılması.
Bilməlidir:rentgen texnikası və proqramlaşdırmanın əsaslarını; rentgenospektral aparatların iş prinsipini və əsas qovşaqlarını; radioaktiv izotoplarla işləməkdə sanitar qaydalarını; atomun quruluşunu, radioaktivliyini, rentgen şüalanmanın maddələrlə qarşılıqlı əlaqəsini; rentgenospektral analizin metodikasını; müxtəlif metodların dəqiqliyi və həssaslığını; səhvlərin təsnifatını; kristalların qoyulma və yüstirləmə qaydalarını; rentgenospektral analizin ümumi və xüsusi metodlarını (xarici standart, standartfon).
270. Rentgenospektral təhlil üzrə laborant İşin xüsusiyyəti. 6-cı dərəcə Avtomatlaşdırılmış analitik rentgen sistemlərindən (kvantometr üstəgəl hesablayıcı maşın) istifadə zamanı müxtəlif aqreqat vəziyyətində olan nümunələrin kəmiyyət və keyfiyyət analizlərinin yerinə yetirilməsi və bu sistemlərə xidmət. Kimyəvi və faza tərkibi mürəkkəb olan obyektlərdə elementlərin qeyri-standart müəyyənləşdirilməsi. Müxtəlif hesablama üsullarından istifadə edərək rabitə tənliklərinin həlli əsasında elementlərin doyma dərəcəsinin tapılması. Spektrin zərif strukturunun tədqiqində rentgenospektral analizin tətbiqi. Aparılmış ölçülərə və hesablamalara nəzarət. Rentgenospektral analizin yeni metodlarının mənimsənilməsi və tətbiqi. Hesablayıcı maşında xırda nasazlıqların aradan qaldırılması. Texnoloji proseslərin avtomatlaşdırılmış idarə etmə sisteminə informasiyanın verilməsi. Rentgenospektral analiz üçün yeni aparaturanın mənimsənilməsi.
Bilməlidir: avtomatlaşdırılmış analitik rentgen sistemlərinin qurulma strukturunu; rentgen laboratoriyasının metroloji bazasının qurulma əsaslarını; hesablayıcı maşınların iş prinsipi və onların rentgenospektral analizatorlarla əlaqəsini; orta ixtisas tədris müəssisəsinin proqramı həcmində rentgen fizikasının, riyazi statistikanın, elektronikanın, hesablayıcı texnikanın və proqramlaşdırmanın əsaslarını.