274. Sınaq təhlili üzrə laborant İşin xüsusiyyəti. 4-cü dərəcə Məmulatlarda, ərintilərdə, yarımfabrikatlarda materiallarda və istehsal tullantılarında qiymətli metalların olmasını yoxlamaq üçün mürəkkəb analizlərin aparılması. İstehsal sahələrindən (aşındırma, passivləşdirmə, qələvi) alınmış məhlulların yoxlama kimyəvi analizi, qızıllaşdırma, gümüşləndirmə vannalarının və qalvanik ayırmada sənaye sularının və s. analizi. Qiymətli metallar olan məmulatların korroziyaya, istiliyə davamlılığa və kimyəvi davamlılığa qarşı sınaqdan, keçirilməsi. Qiymətli metalların ərimə və emalı üzrə texnoloji proseslərin müxtəlif mərhələlərində probların yoxlama analizləri.
Bilməlidir:qiymətli metalların ərimə və emalı üzrə texnoloji prosesləri; əlvan metalların analiz metodlarını; qızıllaşma və gümüşləşmə rejimini; metalların mexaniki, fiziki və kimyəvi xassələrini; laboratoriya avadanlığının eynitipli modellərinin kinematik sxemlərini və dəqiqliyini, yoxlama qaydalarını.
275. Sınaq təhlili üzrə laborant İşin xüsusiyyəti. 5-ci dərəcə Qızıl və platin ərintilərinin, habelə onların tullantılarının, sınaq borularında daha mürəkkəb analizlərinin aparılması. Tərkibində qiymətli metallar olan qalayların daha mürəkkəb analizləri.
Bilməlidir: qiymətli metalların sınaq borularında analiz metodlarını; müxtəlif modelli avadanlıqların kinematik, elektrik sxemlərini və dəqiqliyini yoxlamaq üsullarını; xidmət olunan avadanlığın konstruksiyasını.
Orta ixtisas təhsili tələb olunur.
276. Skreper maşinisti İşin xüsusiyyəti. 3-cü dərəcə Yüklənib-boşaltma işlərində çalovunun həcmi 2,25 kub metr olan yükləyib-boşaldıcı skreper maşının idarə edilməsi və ona xidmət. Yükləyici-boşaldıcı skreper maşının bütün mexanizmlərinin cari təmirinin aparılması.
Bilməlidir: xidmət edilən maşının quruluşunu; siqnallaşdırma qaydalarını; cari təmir qaydalarını; nəzarət-ölçü, xüsusi və universal alət və ləvazimatların təyinatı və tətbiqi şərtlərini.