277. Skreper maşinisti İşin xüsusiyyəti. 4-cü dərəcə Yüklənib-boşaltma işlərində çalovunun həcmi 2,25 kub metrdən yuxarı olan skreper yükləyib-boşaldıcısının idarə edilməsi və ona xidmət. Yükləyib-boşaldıcı skreperin bütün mexanizmlərinin orta və əsaslı təmirində iştirak etmək.
Bilməlidir:müxtəlif tipli yükləyib-boşaldıcı skreperlərin quruluşunu; təmir işlərinin yerinə yetirilmə qaydalarını; skreperin işində ortaya çıxan nasazlıqların aradan qaldırılması yollarını, nəzarət-ölçü, xüsusi və universal alətlərin quruluşunu.
278. Spektral təhlil üzrə laborant İşin xüsusiyyəti. 2-ci dərəcə Keyfiyyət və kəmiyyətcə spektral analizlərin aparılması. Elektrodların və nümunələrin analizə hazırlanması. Aydınlaşdırıcı və fiksaj standart məhlulların hazırlanması. Spektral aparaturanın hazırlanması, çəkilişi, fotoplyonkaların foto emalı və spektroqramların ölçülməsi. Kvantometrin yandırılıb söndürülməsi. Çuqun, karbonlu və orta aşqarlı poladların aşqarlı elementlərinin, onların əsasında əlvan metalların və ərintilərin fotoqrafik kəmiyyət spektral analizinin daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında yerinə yetirilməsi.
Bilməlidir: optika, fotoqrafiya, elektrik enerjisi və kimya haqqında ümumi məlumatları; üç etalonlar metodunun mahiyyətini; aşqar elementlərin kimyəvi işarələrini; spektral analiz üçün müxtəlif elektrodların təyinatını; reaktivlər və turşularla rəftar qaydalarını; nümunələrin və analizlərin keyfiyyətinə qoyulan tələbləri; keyfiyyət və kəmiyyət analizi metodlarının əsas müddəalarını.
279. Spektral təhlil üzrə laborant İşin xüsusiyyəti. 3-cü dərəcə Sadə obyektlərin keyfiyyətli spektral analizini yerinə yetirmək məqsədi ilə çəkiliş planının tutulması və spektroqramların çəkilişi. Fotoelektrik aparaturanın düzgün işləməsinin loqarifmləmə, elektrik və fotoelektrik yenidən təkrarlama qabiliyyətinin yoxlanılması. Nümunənin məhlula və ya oksidə keçirilməsi. Çuqun, karbonlu və orta aşqarlı elementlərin, onların əsasında əlvan metalların və ərintilərin fotoqrafik kəmiyyət spektral analizinin yerinə yetirilməsi. Stiloskoplarda orta aşqarlı poladların yarımkəmiyyət analizi.
Bilməlidir: optika, fotoqrafiya, elektrik enerjisi və kimyanın əsaslarını; spektral cihazların optik sxemlərini və tiplərini; mikrofotometrin quruluşunu; hərəkətə gətirmə mənbələrinin prinsipial sxemlərini; intensivliyi ölçmə metodlarını; dərəcələrə bölünmə qrafiklərinin qurulma metodlarını; paralel analizlərin arasındakı mümkün olan ayrılıqları; spektrlərin fotometriya metodlarını; metalların və ərintilərin strukturu haqqında əsas məlumatları.