345. Çatı quran İşin xüsusiyyəti. 6-cı dərəcə Uzunluğu 6 m-dən artıq olan meşə yüklərinin, xüsusən məsul məmulat, birləşmə, maşın və mexanizmlərin bilavasitə yığılması və sökülməsi, həmçinin kütləsi 50 t-dan yuxarı olan maşın, aparat, bina və qurğuların yığma elementlərinin konstruksiyasının və digər oxşar mürəkkəb yüklərin qaldırılması, montajı, daşınması üçün çatın qurulması və bağlanması.
Bilməlidir:xüsusən məsul yüklərə çatı qurulması qaydası və üsullarını; məsul yüklərin qaldırılması və daşınması üçün istifadə edilən vəsaitlərin konstruksiyasını.
346. Çirkab suların təmizlənməsi üzrə aparatçı İşin xüsusiyyəti. 2-ci dərəcə Sənaye çirkabının və ya radioaktiv suların qarışıqlardan təmizlənməsi və texnoloji prosesində istifadə etmək üçün çökdürmə, süzmə, neytrallaşdırma və s. metodlarla qiymətli maddələrin tutulması proseslərinin aparılması. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında reagentlərin hazırlanması, daxil olan çirkabın miqdarından və tərkibindən asılı olaraq onların dozalaşdırılması və aparatlara, yaxud hovuzlara doldurulması. Təmizlənmiş suların, radioaktiv şlamın və çöküntülərin çəkililə vurulması və ayrılması. Aparatlarınn və kommunikasiyaların şlamdan təmizlənməsi. İstehsalat jurnalında qeydlərin aparılması.
Bilməlidir: süzgəclərin, qızdırıcıların, dozatorların və nasosların iş prinsipini; sənaye çirkabının və radioaktiv suların təmizlənməsi prosesində texnoloji rejimlər barədə adi (elementar) məlumatları; sadə və orta mürəkkəbli nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; radioaktiv maddələrlə işləməyin sanitariya qaydalarını.
347. Çirkab suların təmizlənməsi üzrə aparatçı İşin xüsusiyyəti. 3-cü dərəcə Sənaye çirkabının və ya radioaktiv suların qarışıqlardan təmizlənməsi və texnoloji prosesində istifadə etmək üçün çökdürmə, süzmə, neytrallaşdırma və s. metodlarla qiymətli maddələrin tutulması proseslərinin aparılması. Soda, əhəng südü, aşındırıcı natrium reagentlərinin hazırlanması, daxil olan çirkabın miqdarından və tərkibindən asılı olaraq onların dozalaşdırılması, aparatlara və ya hövzələrə doldurulması. İonlu-mübadilə süzgəclərin regenerasiyası. Çirkabın tam təmizlənməsi üçün yoxlama təhlillərinin aparılması, nəzarət-ölçü cihazlarının göstəricilərinə və təhlil nəticələrinə görə təmizləmə prosesinin aparılması. Avadanlığın və kommunikasiyaların işindəki nasazlıqların aşkar və ləğv edilməsi. Avadanlığın təmirə hazırlanması və təmirdən sonra qəbulu. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında çirkabların ionlu-mübadilə təmizlənmə və ya biokimyəvi oksidləşmə prosesinin aparılması.
Bilməlidir: süzgəclərin, qızdırıcıların, dozatorların və nasosların quruluşunu; təmizləmə prosesinin texnoloji rejimlərini - sənaye çirkabının və radioaktiv suların çökdürülməsi, süzülməsi və neytrallaşdırılması, təmizləmə qurğularında istifadə olunan kimyəvi reaktivləri; sadə və orta mürəkkəbli nəzarət-ölçü cihazlarının quruluşunu; analizlərin aparılması metodikasını; mühitin pH dəyişməsinə görə sorbsion siklinin müəyyənləşdirilməsini; fizika və kimyanın əsaslarını.