28. Bunkerçi İşin xüsusiyyəti. 3-cü dərəcə Elevator, konveyer, skip qaldırıcıları, boşaldıcı kuzovu olan vaqonetlər və digər qaldırıcı-nəqliyyat mexanizmləri sistemi, avtomatik idarəetmə ilə təchiz olunmuş pnevmatik nəqliyyatın köməyi ilə bunkerin tikə və ya dənəvər materiallarla doldurulması. Mexanizmlərin, pnevmonəqliyyat sistemlərinin, havasorucu qurğuların fasiləsiz işinin müşahidə edilməsi. Xidmət olunan mexanizmlərin işə salınması və dayandırılması. Elektron göstəricilərinin köməyi ilə bunkerlərdə materialların səviyyəsinə nəzarət. Maqnit qurğu vasitəsilə metal qırıntılarının ayrılması. Zəruri hallarda mexanizmlərin əl ilə idarə olunması. Qəbuledici qurğulara xidmət.
Bilməlidir: qaldırıcı-nəqliyyat mexanizmlərinin, pnevmonəqliyyat, avtomatik idarəetmə, nəzarət-ölçü aparatları, havasorucu və maqnit qurğuları sistemlərinin quruluşunu və iş prinsipini; mexanizmlərin, cəftələrin və yanacaq verən qurğuların əl ilə idarə olunmasını; materialların (dənəvərmetrli tərkibin, rütubətin, lazımsız qatışıqların) xassələrini və onlara qoyulan tələbləri; bunkerlərin müxtəlif materiallara doldurulma və onların bunkerlərdən boşaldılma qaydalarını.
29. Bunkerçi İşin xüsusiyyəti. 4-cü dərəcə Germetik konveyerin köməyi ilə bunkerin məsaməli dəmirlə doldurulma prosesinin aparılması. Məsaməli dəmirin təsirsiz qazlar atmosferində saxlanma və aktivsizləşdirmə prosesinin aparılması. Şlüz yükləmə qurğularının və boşaldılma cəftələrinin işinə nəzarət. Bunkerdə təsirsiz qazların təzyiqinin tənzimlənməsi. Havadəyişdirici sistemdə hidrogenin və bunkerdə oksigenin müşahidə olunması. Aktivsizləşdirmə prosesinə nəzarət etmək üçün müxtəlif səviyyələrdə məsaməli dəmirin temperaturunun ölçülməsi.
Bilməlidir: şlüz yükləmə qurğularının və boşaldılma cəftələrinin quruluşunu; məsaməli dəmirin nəql etdirilməsi və saxlanılmasının texnoloji prosesini; təsirsiz qazın təzyiq və istifadə normalarının tənzimlənmə üsullarını; qazverici və qazötürücü armaturanın kommunikasiyalarını; qaz rejiminin tənzimlənməsi və temperaturun ölçülməsi metodikasını; məsaməli dəmirin fiziki və kimyəvi xassələrini; partlayıcı maddələrin yol verilən son qatılıq dərəcəsini.