45. Qaz generatoru stansiyasının maşinisti İşin xüsusiyyəti. 2-ci dərəcə Bərk yanacaqla işləyən «Simens» və «Daxrost» tipli qurğusu olan aşağı məhsuldarlıqlı qazgeneratoru stansiyasına xidmət. Xidmət edilən avadanlığın işə salınmazdan əvvəl yoxlanılması, işə salınması vənəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən təmizlənməsi. Mexanizmlərin hərəkət hissələrinin yağlanması. Avadanlığın işinə nəzarət və xırda nasazlıqların aradan qaldırılması. Yüksək məhsuldarlıqlı qazgeneratoru qurğusunun avadanlığına xidmət zamanı maşinist köməkçisi kimi işin aparılması. Xidmət edilən avadanlığın təmirində iştirak etmək.
Bilməlidir: qazgeneratoru stansiyasının kompressor, nasos, havadəyişdiricilərinin, mühərriklərin və digər xidmət edilən mexanizmlərin iş prinsipini; bərk yanacağın qazlaşdırılması zamanı energetik qazın alınmasının texnoloji prosesi haqqında məlumatı; nəzarət-ölçü cihazlarının təyinatını və tətbiq edilmə şərtlərini, qaz, buxar, su və hava kommunikasiyaların sxemini; istehsal olunan qazların xüsusiyyətlərini və onların saxlanılması şərtlərini; avadanlıqların yağlanması sistemini və sürtkü materiallarının nomenklaturasını; diyircəkli yastıqların qızmasının səbəbini və onun aradan qaldırılması üsullarını; qazdan zəhərlənmə və boğulma hallarında ilk yardım göstərilməsi qaydalarını.
46. Qaz generatoru stansiyasının maşinisti İşin xüsusiyyəti. 3-cü dərəcə Bərk yanacaqla işləyən «Kommer» və «Qut-Retqer» PD-7 «Giproliz» tipli qurğulu yüksək məhsuldarlıqlı qaz generatoru stansiyasına xidmət. Xidmət avadanlığının yoxlanılması və dayandırılması, onun işinin nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən tənzimlənməsi. Avadanlığın işində olan nasazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması. Hərəkət mexanizmlərinin yağlanması və soyudulması sisteminə nəzarət. Stansiya avadanlığının cari təmirinin yerinə yetirilməsi və orta və əsaslı təmirində iştirak etmək. Qazgeneratoru qurğuları avadanlığının işinə nəzarət və uçot qeydlərinin aparılması.
Bilməlidir: qaz generatoru stansiyasının kompressor, nasos, havadəyişdiricilərinin, mühərriklərin və digər xidmət mexanizmlərinin quruluşunu; bərk yanacağın qazlaşdırılması prosesinin texnologiyasına əsasən qaz generatoru stansiyasının kommunikasiya sxemini; nəzarət-ölçü cihazlarının quruluşunu; istehsal olunan qazın keyfiyyətlərini, nəql edilməsi və saxlanılması şərtlərini; qaz generatoru stansiyasının avadanlığının işindəki nasazlıqların müəyyən edilməsi və onların aradan qaldırılması üsullarını.