39.Qazçı İşin xüsusiyyəti. 4-cü dərəcə Havaqızdırıcılara və əridici sexlərin, yaxud üçədək müxtəlif konstruksiyalı sobası olan sahələrin (domna sobasından başqa) və ya 100 tondan artıq tutumlu ayrı-ayrı əridici, qızdırıcı, rəngləyici-quruducu, termik, dəmirçi və bərkidici sobaları olan sahələrin qaz təsərrüfatı avadanlığına xidmət və nəzarət. Qaz kəmərlərinə və onların köməkçi qurğularına, qaztəmizləyici məntəqələrə və qazbölüşdürücü stansiyalara xidmət. Cihazların vasitəsilə zəhərli qazların müəyyən edilməsi. Xidmət olunan sobalara lazımi istilik və üfürmə rejiminin təmin olunması. Havaqızdırıcıların qazdan havaya və havadan qaza keçirilməsi. Qazların təmizlənməsi və qarışdırılması üzrə qurğulara və qaz kəmərləri qovşağına xidmət. Qazın sərf olunmasına, təzyiqə və üfürülmə temperaturuna, sulu üfürmədə buxarın sərfinə nəzarət. Nəzarət-ölçü cihazlarının göstəricilərinin uçotu və sobaların istilik rejiminə dair müəyyən olunmuş sənədlərin rəsmiləşdirilməsi. Xidmət olunan qaz qovşağı avadanlığının və armaturun təmirində iştirak.
Bilməlidir: əridici, qızdırıcı, rəngləyici-quruducu, termik, dəmirçi və bərkidici sobaların işində texnoloji prosesi; hava əridici və qızdırıcı, rəngləyici-quruducu, termik, dəmirçi və bərkidici sobaların qaz aparatlarının konstruksiya quruluşunu; qazların fiziki və kimyəvi xassələrini; xidmət etdiyi sahədə qaz kəmərləri və hava üfürücü qovşağın kommunikasiya sxemini.
40. Qazçı İşin xüsusiyyəti. 5-ci dərəcə Havaqızdırıcılarına və əridici sexlərin, yaxud müxtəlif konstruksiyalı və həcmli üçdən artıq sobası (domna sobasından başqa) olan sahələrin qaz təsərrüfatı avadanlığına xidmət və nəzarət. Xidmət edilən sobalarda lazımi istilik və üfürülmə rejiminin saxlanılması. Hava üfürücülərinin işinə, qazın təmizlənmə keyfiyyətinə və texnoloji sobalar üçün qazın bərabər daxil olmasına nəzarət. Kipkəc rəzələri və flans birləşmələri vasitəsilə qaz axınının qarşısının alınması və aradan götürülməsi. Qaz qutularının iş rejiminin və sxeminin tənzimlənməsi. Qaz sərfinin və təzyiqinin uçota alınması və xidmət etdiyi sahədə müəyyən olunmuş sənədlərin rəsmiləşdirilməsi.
Bilməlidir: əridici və qızdırıcı sobaların işinin texnoloji prosesini; havaqızdırıcıların və əridici, qızdırıcı və bərkidici sobaların qaz aparatlarının konstruksiya quruluşunu; sobalarda iş prosesinin tənzimlənməsini; bir rejimdən digərinə keçmə metodlarını; qazdan istifadə edilməsində istehlakçıların xüsusiyyətlərini və fəaliyyətdə olan aqreqatlarda işin xarakterini.