575) Tromb əmələ gəlməsi ilə venaların iltihabı necə adlanır?
A) Limfangit
B) Tromboflebit
C) Tendovaginit
D) Pandaktilit
E) Paronixiya
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.Медицина, 1983
576) Venaların varikoz genəlməsinə hansı əlamət aid deyil?
A) Ayaqlarının şişməsi
B) Ayaqların tez yorulması
C) Baldır dərisində piqmentasiyanın əmələ gəlməsi
D) Baldırın 1/3-də trofiki xoranın əmələ gəlməsi
E) Ətrafın isti olması
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
577) Tromboflebitin müalicəsində hansı preparatdan istifadə olunur?
A) Troksevazin
B) Nikotin turşusu
C) Trombin
D) Askorbin turşusu
E) No-şpa
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
578) Fistulalar ən çox nədən sonra əmələ gəlir?
A) Xroniki iltihabı prosesdən sonra
B) Əməliyyatdan sonra
C) Travmatik zədələnmədən sonra
D) Trofiki xoralardan sonra
E) Qan dövranının pozulmasından sonra
Ədəbiyyat: Ю.А.Нестеренко «Хирургические болезни» - М.: Медицина, 1982
Dostları ilə paylaş: |