965) Amöbiazın klinik formaları hansıdır?
A) Algit, dəri, qastritik
B) Bağırsaq, bağırsaqdan kənar, dəri
C) Qastrit, qastroenterit, qastroenterokolitik
D) Angiyoz-bubon, göz-bubon, xoralı bubon
E) Dəri, dəri-bubon, ağciyər, bağırsaq
Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
966) Qarın yatalağının ağırlaşmaları hansılardır?
A) Burundan qanaxma, irinli meningit
B) Perforativ peritonit, otit, parotit, bronxit
C) Bağırsaq qanaxması, bağırsağın deşilməsi, perforativ peritonit, infeksion və toksiki şok
D) Əzələlərin iflici, bağırsaq qanaxması
E) Ağciyər qanaxması, mədə qanaxması
Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
967) Vəba xəstəliyində orqanizmdə baş verən əsas patogenetik dəyişikliklər hansılardır?
A) Yoğun bağırsağın nekrotik zədələnməsi
B) Bağırsaqdan qanaxma, bağırsaq divarının deşilməsi
C) Bağırsaq epitelisinin ferment sisteminin zədələnməsi və sorulmanın pozulması, orqanizmin intoksikasiyası, dehidratasiya, demineralizasiya
D) Nazik bağırsağın limfa aparatının zədələnməsi, orqanizmin intoksikasiyası
E) Bütün orqan və sistemlərdə damar aparatının zədələnməsi
Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
Dostları ilə paylaş: |