45) Arterial hipertoniyalı xəstələr qida rasionunda nəyi azaltmalıdırlar?
A) Xörək duzunu
B) Un məmulatlarını
C) Şəkəri
D) Ədviyyatlar
E) Tərəvəzləri
Arteriel hipertoniyalı xəstə xörək duzunu artıq istifadə etdikdə təzyiqi daha da arta bilər. Qəbul edilən NaCl orqanizmə çoxlu maye qəbul ediməsini tələb edir, nəticədə dövr edən qanın miqdarı artır, bu da təzyiqi daha da artırır.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.138 “Çıraq” 2008
46) Uzun müddət yataqda qaldıqda xəstənin vəziyyətini nə ağırlaşdıra bilər?
A) Yataq yarası
B) İştahsızlıq
C) Kollaps
D) Arterial təzyiqin qalxması
E) Baş gicəllənmə
Xəstə uzun müddət yataqda qaldıqda mikrosirkulyasiya pozulur və nəticədə dəri, dərialtı və digər yumşaq toxumalarda distrofik, yaralı- nekrotik proseslər gedir, yəni yataq yaraları əmələ gəlir.
Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.63 “Təhsil” Bakı 1998
47) Döş sümüyünün arxasında sıxıcı ağrılar zamanı həkimə qədərki ilk yardım hansıdır?
A) Morfinin yeridilməsi
B) Nitroqliserini dil altına qoymaq
C) Əzələ daxilinə analgin-dimedrol vurmaq
D) Analginin yeridilməsi
E) Daxilə dimedrol
Əksər hallarda döş sümüyünün arxasında baş verən sıxıcı ağrılara səbəb ürəyi qidalandıran tac damarların spazmıdır. Nitroqliserinin təsirindən tac damarlar genişlənir, ürəyin qidalanması yaxşılaşır və ağrı aradan qalxır.
Ədəbiyyat: N.Y.Paleyevin redaktəsi ilə”Tibb bacısının məlumat kitabı”. Səh. 506 “Çıraq” 2008
Dostları ilə paylaş: |