499) Raxit xəstəliyinin profilaktikasına nə vaxt başlamaq lazımdır?
A) 1 yaşından
B) 6 ayından
C) 5 ayından
D) Uşaq doğulan kimi
E) Ana bətnindən
Raxitin profilaktikasına antenatal dövürdən yəni hamiləlik vaxtı başlamaq lazımdır. Ana gündəlik rejimini düzgün təşkil etməli təmiz havada çox olmalı vitaminlərlə mikroelementlərlə zəngin qida qəbul etməlidir.Vitamin D isə hamiləliyin axırıncı 2 ayında əgər hamiləlik yaz-payız vaxtına düşərsə verilir.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр132
500) Tutmaşəkilli spazmatik öskürək hansı xəstəlik üçün xarakterikdir?
A) Rinovirus infeksiyası
B) Göy öskürək
C) Su çiçəyi
D) Epidemik parotit
E) Qızılca
Göyöskürək xəstəliyinin əsas simptomu tutmaşəkillli öskürəkdir.Tutma birdən başlayır bir-birinin ardınca arasıkəsilməz öskürək olur uzaqdan eşidilir səsli olur.Bəzən apnoe (tənəffüsün dayanması) olur və dərhal öskürək başlayır.Bu hala repriza deyilir.
Ədəbiyyat: K.A.Исaeвa,Л.К.Бажenoвa.»Детские Болезни» Mockвa1986 , стр 440
Dostları ilə paylaş: |