577) Ana südü uşağı lazımı qida maddələri ilə neçə aya kimi təmin edir?
A) 3-4 aya
B) 1-2 aya
C) 8-10 aya
D) 7-8 aya
E) 5-6 aya
Ana südü uşaq orqanizminin təlabatını 5-6 ay təmin edir. Ancaq uşaq orqanizmi sürətlə böyüdüyü üçün 5-6-cı aydan sonra uşağın təlabatını ana südü tam ödəyə bilmir, ona görə də uşağa əlavə qida təyin edilir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 103
578) Təmizləyici imalə edilərkən yeni doğulmuşun vəziyyəti necə olmalıdır?
A) Sol böyrü üstə
B) Kürəyi üstə
C) Yanı üstə
D) Sağ böyrü üstə
E) Qarnı üstə
Yeni doğulmuşun bağırsağını təmizləmək üçün onu kürəyi üstə uzandırıb ayaqlarını yuxarı qaldırmaqla təmizləyici imalə edilir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya”.”Bakı” 2007 səh 75
Dostları ilə paylaş: |