674) Yağ tərkibli dərmanlar neçə dərəcəyə qədər qızdırılır?
A) 55º
B) 10º
C) 15º
D) 37º-38º
E) 45º
Yağ tərkibli dərmanlar nisbətən iri diametrli iynələrlə yeridilir.Dərman şprisə yığılmazdan əvvəl su hamamında və ya sınaq şüşəsinin içərisinə qoyularaq qaynar su olan qabda saxlanılır.Dərman 37º-38º-yə qədər qızdırılmalıdır.İneksiyadan sonra iynənin yerinə isitqaç qoyulur və ya yod xətləri çəkilir.
Ədəbiyyat: S.A.Aqkatseva.Orta tibb təhsilində praktik vərdişlərin öyrədilməsi-1997 (səh.156)
675) Troakar nə üçün işlədilir?
A) Sistoskopiya üçün
B) Punksiya üçün
C) Paranefral blokada üçün
D) İntuabasiya
E) Duogenal zondlama üçün
Birdəfəlik işlədilən vəçox dəfəlik işlədilən klassik metaldan olmaqla iki formada olur:Birdəfəlik troakarlar,drenaj boru ilə birləşmiş vəziyyətdə istifadə edilir.Troakardan plevra boşluğunu və assitlər zamanı qarın boşluğunu punksiya edərkən bağırsaqları zədələməmək üçün istifadə edilir.
Ədəbiyyat: H.A.Sultanov.Bakı-1997 (səh.43)
Dostları ilə paylaş: |