711) Çıxıqlar zamanı göstərilən ilk tibbi yardım hansıdır?
A) Oynağa gips sarğısı qoyulur
B) Oynağa aseptik sarğı qoyulur
C) Oynağa isti kompres qoyulur
D) Ətraf fiksasiya olunur, ağrıkəsici preparat verilir, oynağa soyuq kompres qoyulur
E) Çıxmış oynaq yerinə salınır
Çıxıqlar zamanı oynaq başı oynaq çüxurundan çıxır və oynaq kapsulasını zədələyərək yumşaq toxumaların arasına keçir. Bu zaman qanaxma, ağrı, şişkinlik əməmlə gəlir, qarşısını almaq üçün oynağa soyuq kompres qoyulur, oynaq fiksasiya olunur və ağrıkəsici preparat verilir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 104
712) Aşağı çənənin çıxığında oynağı fiksasiya etmək üçün hansı sarğı növündən istifadə olunur?
A) Sapandvari sargi
B) Yüyəntipli sarğıdan
C) Spiralvari sarğıdan
D) Səkkizvari sarğıdan
E) Qayıdan sarğıdan
Sapandvari sargı enli bintin ucları iki hissəyə ayrılır və əks tərəflərdə bağlanılır. Bu sarğı aşağı çənəyə, buruna, başa qoyulur.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 103
Dostları ilə paylaş: |