877) Litotriptor nə məqsədlə işlədilir?
A) Piy toxumasını çıxarmaq üçün
B) Böyrək daşlarını parçalamaq üçün
C) Anastamoz qoymaq üçün
D) Traxeostomiya üçün
E) Laparosentez üçün
Manipulyasiya sistoskopiya otağında aparılır.Sidik kisəsində olan daşların parçalanması elektrohidravlik effektə əsaslanır.”Urat-1” aparatlarından istifadə edilir.Sistoskopdan aparata birləşdirilmiş elektrod salınaraq,elektrodla göndərilən cərəyan daşı parçalayır.Xırda daşlar özü xaric olur.
Ədəbiyyat:S.B.İmanverdiyev.Uroloji şöbədə tibb bacısının işi,Bakı-2004.Səh(48)
878) Ağciyər,ürək reanimasiyası zamanı qapalı masaj və nəfəs iki adamla yerinə yetirildikdə nisbət necə olmalıdır?
A) 15:1
B) 3:2
C) 10:3
D) 8:2
E) 5:1
Ağ ciyər –ürək reanimasiyası bir və ya iki şəxs tərəfindən aparıla bilər.Reanimasiya iki şəxslə aparıldıqda ürəyin masajı və nəfəs vermə nisbəti 5:1 olmalıdır.
Ədəbiyyat:S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(271)
Dostları ilə paylaş: |