906) Bağırsaq keçməməzliyinin invaginasiya forması ən çox kimlərdə rast gəlinir?
A) Qadınlarda
B) Gənc yaşlı insanlarda
C) 1 yaşa qədər uşaqlarda
D) Kişilərdə
E) Orta yaşlı insanlarda
İnvaginasiya-bağırsaqların bir-birinin içərisinə keçməsidir. Çox vaxt nazik bağırsaq kor bağırsağa keçir. Ən çox 1 yaşa qədər uşaqlarda rast gəlinir. Kəskin və xroniki formaları ayırd edilir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 223
907) Yaranın birincili cərrahi işlənməsi hər hansı səbəbdən gecikərsə nə etmək lazımdır?
A) Yara kənarları antibiotiklərlə blokada edilir
B) Yara kənarlarına 0,3ml 0,1%-li adrenalin yeridilir
C) Yara spirtlə silinib adi sarğı qoyulur
D) Yara spirt-yodla silinir
E) Yaraya aseptik sarğı qoyulur
Yara kənarları antibiotiklərlə blokada edilir
.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 129
908) Yaranı sarımaq üçün steril material olmadıqda (səhra şəraitində) nə etmək məqsədə uyğundur?
A) Əl altında olan materialla sarımaq
B) Zərərçəkmişin köynəyini cırıb sarımaq
C) Yaranı açıq saxlamaq
D) Cib dəsmalı ilə kip sarımaq
E) Bütün cavablar doğrudur
Yaranın sarımaq üçün steril material olmadıqda (səhra şəraitində) yaranı açıq saxlamaq lazımdır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 128
Dostları ilə paylaş: |