992) Simetidin hansı qrup preparatlara aiddir?
A) Spazmolitiklərə
B) Adrenomimetiklərə
C) Xolinolitiklərə
D) Analgetiklərə
E) H2 histaminblokatorlara
Simetidin H2- histaminreseptorları blokadaya alaraq xlorid turşusunun ifrazını zəiflədir və pepsinin əmələ gəlməsinə tormozlayıcı təsir göstərir.
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 284
993) Atropinlə zəhərlənmə zamanı baş verən əlamətlər hansılardır?
A) Baş ağrıları
B) Göz bəbəklərin genişlənməsi
C) Göz bəbəklərin daralması
D) Nistaqm
E) Zəiflik
Atropinlə zəhərlənmə zamanı hərarət yüksəlir, şüur dumanlanır, göz bəbəkləri genişlənir, ağızda quruluq baş verir.
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 106
Dostları ilə paylaş: |