332) Hansı xəstəlik zamanı sidiyin xüsusi çəkisi azalır?
A) Endemik ur
B) Şəkərsiz diabet
C) Sadalananların hamısı
D) Kəskin pielonefrit
E) Şəkərli diabet
Şəkərsiz diabet qanda antidiuretik hormonun tam defisiti nəticəsində yaranır. Bu zaman xəstə gündə 25-30 litrə qədər sidik ifraz edir. Sidiyin xüsusi çəkisi sidikdə həll olan maddələrin ,məsələn sidik cövhəri , kreatin, sidik turçusu, duzlar və s. konsentrasiyasından və ifraz edilən mayenin miqdarından asılıdır.Diurez nə qədər çox olsa və sidikdə həll olan maddələrin konsentrasiyası nə qədər aşağı olsa sidiyin xususi çəkisi bir o qədər az olar.
Ədəbiyyat : Axunbəyli A.Ə ; Alimetov S.N. Daxili xəstəliklər. Səh.367. Şərq- Qərb. Bakı 1998.
333) Xroniki qlomerulonefrit zamanı ödemlər olduqda qidalanmada nə məhdudlaşdırılır?
A) Natrium xlorid
B) Karbohidratlar
C) Zülallar
D) Yağlar
E) Vitaminlər
Xroniki qlomerulonefritin ödemlər kəskin ifadə olunan nefrotik və qarışıq formalarında NaCL miqdarı 1,5- 2,5 qrama qədər məhdudlaşdırılmalıdır , çünki NaCl –un artıq miqdarda qəbul edildikdə orqanizmin suya ehtiyacı artır . Ödem zamanı isə əsas məqsəd orqanizmdə mayenin miqdarın azaltmaqdır.
Ədəbiyyat :F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh.459. Bakı. “ Təbib “1998
Dostları ilə paylaş: |