Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?



Yüklə 1,42 Mb.
səhifə222/477
tarix02.01.2022
ölçüsü1,42 Mb.
#1210
1   ...   218   219   220   221   222   223   224   225   ...   477
459) Fimoz nədir?
A) Sidikliyin şişi

B) Pülük dəliyinin iltihabı

C) Pülük dəliyinin əzilməsi

D) Pülük dəliyinin daralması

E) Sidik ifrazat kanalının sıxılması

Pülük dəliyi o qədər daralır ki, cinsiyyət orqanının oradan çıxması çətinləşir. Bu isə sidik ifrazını çətinləşdirir. Bu zaman sidik buraxma ağrılı və şətin olur, uşaq narahat olur. Bu hal fimoz adlanır.


Ədəbiyyat: Ə.Əlizadə “Uşaq cərrahiyyəsi” 1996.səh 85
460) Feldşer növbəti patronaj zamanı 1 yaşlı uşağın dəri və selikli qişasının avazımış olduğunu gördü.Ana uşağın tez yorulmasından, əsəbi olmasından,iştahasının pis olduğundan şikayət etdi.Məlum oldu ki,ana uşağa gündə 2 dəfə südlü sıyıq verir,uşağı təmiz havada gəzdirmir.Uşaqda hansı xəstəlikdən şübhələnmək olar?

A) Dəmirdefisitli anemiya

B) Vitamin B12 defisitli anemiya

C) Kəskin respirator xəstəlik

D) Hipotrofiya

E) Zülal defisitli anemiya

Uşaqda dəmirdefisitli anemiyanın əlamətləri var: dəri və selikli qişanın avazıması,tez yorulma,əsəbilik,süstlük,iştahanın olmaması,ürəkdə sistolik küy və s.Anaya başa salmaq lazımdır ki,uşağın qida rejimini düzgün və keyfiyyətli təşkil etsin.Uşağın qida rejiminə ət məhsulları, qaraciyər,kəsmik,yumurta sarısı,meyvə-tərəvəz əlavə etmək,təmiz havada çox gəzdirmək lazımdır.Dərmanlardan aloe şirəsi, ferrokal,feramid,ferospan,C vitamini və B qrup vitaminlərini təyin etmək olar.
Л.А.Исаева.Л.К.Баженова.Детские болезни.Москва 1986 стр176


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   477




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin