463) Yenidoğulmuşlarda sepsisin əmələ gəlmə səbəbi hansıdır?
A) Allergik dermatit
B) Bişməcə
C) Yenidoğulmuşun qovuqcuqlu xəstəliyi
D) Sklerema
E) Hemangioma
Yenidoğulmuşlarda dəri və selikli qişalar tez zədələnən olur. Dəriyə düzgün qulluq edilmədikdə,dərinin tamlığı pozulduqda dəri infeksiyalaşır,dərinin qovuqcuqlu xəstəliyi,bunun nəticəsində sepsis baş verir.
Ədəbiyyat: Л.A.Исaеvа,Л.К.Бaжenoвa.»Детские Болезни» Мockвa 1986 стр 230
464) Uşaqlar ən çox hansı yaşda məxmərək xəstəliyinə tutulurlar?
A) 7-8
B) 6-8
C) 1 -7
D) 10-14
E) 8 -10
Məxmərək səpgi ilə müşahidə olunan infeksion xəstəliklərə aiddir Diaqnozu təsdiq edən simptom arxa boyun limfatik vəzilərin palpasiyasıdır. Ən çox 1-7 yaş uşaqlar arasında təsadüf edilir.
Ədəbiyyat: Л.A.Исaеvа,Л.К.Бaжenoвa.»Детские Болезни» Мockвa 1986 стр 430
Dostları ilə paylaş: |