518) Vərəmin bütün formalarında uşaqda hansı əlamət müşahidə olunur?
A) Bəlğəmli yaş öskürək
B) Quru öskürək
C) Döşdə ağrı
D) Yüksək temperatur
E) İntoksikasiya
Vərəm xəstəliyinə uşaqlar bütün yaşlarda yoluxa bilərlər.Vərəmin bütün formalarında uşaqlarda intoksikasiya əlamətləri olur.Vərəm xəstəliyinə yoluxmuş uşaq əsəbi olur,yuxsu pozulur,zəiflik,iştahanın azalması,baş ağrısı olur.Belə xəstələrdə temperatur subfebril olur.Uşaq çox tərləyir,çəkisi az artır.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 248
519) Yenidoğulmuş sağlam uşağa BCJ vaksini neçənci gün vurulur?
A) 1-3
B) 11-12
C) 5-8
D) 9-10
E) 3-5
Vərəm xəstəliyinin spesifik profilaktikası məqsədilə yenidoğulmuş uşaqlara 3-5 gün ərzində BCJ vaksini vurulur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 257.
520) Su çiçəyi ilə xəstələnmiş uşaqla kontakda olan 3 yaşa qədər uşaq neçənci gündən izolə olunmalıdır?
A) 11-ci gündən 21-ci günə qədər
B) 30-cu gündən 40-cı günə qədər
C) 22-ci gündən 30-cu günəqədər
D) izolə olunmur
E) 1-ci gündən 10-cu günə qədər
Su çiçəyi xəstəliyinin inkubasion dövrü 2-3 həftə olur.Xəstəliyi virus törədir.Xəstəlik hava- damcı yolu ilə yayılır. Xəstə uşaq xəstəliyin 9-10-cu günündən sonra yoluxucu olur. Ona görə xəstə uşaqla kontakda olan 3 yaşa qədər uşaqlar xəstələnmənin 11-ci günündən 21-ci gününədək izolə olunurlar.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 500.
Dostları ilə paylaş: |