511) Normal cəkili sağlam uşağa birinci əlavə yemək olaraq nə verilir?
A) Düyü həlimi
B) Tərəvəz püresi
C) Mannı sıyığı
D) Meyvə şirəsi
E) Kefir
Əlavə yemək uşağa böyüməkdə olan uşaq orqanizminin zülala,yağa,karbohidrata olan tələbatını ödəmək ücün verilir.Birinci əlavə yemək uşağa 5 aylığından tərəvəz püresi şəklində verilir.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр104
512) Yoluxucu xəstəlik keçirmiş uşaqda hansı formada immunitet yaranır?
A) Passiv, süni
B) Yaranmır
C) Aktiv, süni
D) Aktiv,təbii
E) Passiv ,təbii
Xəstəlikləri tam ləgv etmək,yaxud onlarla xəstələnmə hallarını azaltmaq məqsədilə uşaqların immunizasiyası aparılır.İmmunizasiyadan və yoluxucu xəstəliklərlə xəstələndikdən sonra uşaqda aktiv,təbii immunitet yaranır.
Ədəbiyyat: Təcrübədə immunlaşdırma.Modul 1.Bakı 2010.,səh 17
Dostları ilə paylaş: |