531) Hansı çəkidə doğulmuş uşaq orta çəkili hesab edilir?
A) 2500-3000 qr
B) 3500-4000 qr
C) 3000-3500 qr
D) 2000-2500 qr
E) 4000-4500 qr
Vaxtında yeni doğulmuş uşağın orta çəkisi normada 2500 qramdan çox, 3000-3500 qr təşkil edir.
Ədəbiyyat: N. Tağıyev “Neontologiya” 2007 səh 35
532) Yeni doğulmuşda fizioloji çəki itkisi neçənci gün müşahidə edilir?
A) 1-2-cü
B) 2-5-cü
C) 8-9-cu
D) 3-4-cü
E) 7-8-ci
İlk günlər uşaq çox az süd əmir. Sutkada 20-25 dəfə sidik ifraz edir, doğuş şişi ardan qalxır, bunun nəticəsi olaraq 3-4-cü gün uşaqda fizioloji çəki itkisi əmələ gəlir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 38
533) Erkən yaşlı uşaqlarda xarici qulaq keçəcəyinin təmizlənməsində nədən istifadə edilir?
A) Suda isladılmış kürəciklər
B) Tənzif kürəciklər
C) Steril bitki yağında isladılmış pambıq çöplər
D) Quru pambıq çöplər
E) Pambıq kürəciklər
Qulaq həssas orqandır. Ona görə qulağı çox qıcıqlandırmaq olmaz.Xarici qulaq keçəcəyi quru pambıq çöplərlə təmizlənir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 33
534) Südəmər uşaqlarda kəskin rinit zamanı əmizdirmədən əvvəl buruna damargenəldici damcının tökülməsində məqsəd nədir?
A) Qarında köpü azaltmaq
B) Bədən hərarətini azaltmaq
C) Burun selikli qişasının ödemini artırmaq
D) Bağırsaq peristaltikasını artırmaq
E) Burunun selikli qişasında ödemi azaltmaq
Südəmər uşaqda burun boşluğu kiçik və dar olduğuna görə yuxarı tənəffüs yollarının katarında,rinitdə burun selikli qişası ödemləşir, burun tənəffüsü çətinləşir.Uşaq əmə bilmir. Ona görə də uşağı əmizdirmədən qabaq selikli qişanın ödemini azaltmaq üçün buruna damargenəldici damcı tökülməlidir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 100
Dostları ilə paylaş: |