535) Uşaqda həzm orqanı xəstəliklərində ilk xəbərdaredici əlamət hansıdır?
A) İştahanın pozulması
B) Dispeptik əlamətlər
C) Qarında köp
D) Qarında ağrı
E) Yuxunun pozulması
Uşaqda həzm orqanı xəstələndikdə (qastrit,qastroenterit və s) iltihabı proseslərdə spazm əmələ gəlir, sinir uclarına təsir edir, bu da ağrıya səbəb olur.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 369
536) Mədə xorası olan uşağın qida rasionundan nə çıxarılır?
A) Ət və balıq bulyonu
B) Zeytun yağı
C) Südlü sıyıqlar
D) Süd,kəsmik
E) Kərə yağı
Mədə xorası olan xəstə uşaqlara duru, tez həzm olunan vitamin və tərəvəzlə zəngin qidalar verilməlidir. Zülallı yağlı qidalar əks göstərişdir. Belə qidalar çətin həzm olunur .Ona görə mədə xorasında ət və balıq bulyonu qida rasionundan çıxarılır.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 374
Dostları ilə paylaş: |