540) Vaxtından əvvəl doğulmuş uşaq üçün ən ideal dəyərli qida nədir?
A) Keçi südü
B) Ana südü
C) İnək südü
D) Adaptə olunmuş qarışıqlar
E) Kefir
Ana südü uşaq üçün dəyərli və əvəz edilməz bir qidadır, tərkibinə görə orqanizm tərəfindən asan mənimsənilir. Bağırsağın normal mikroflorasını qoruyur.
Ədəbiyyat: N.Tağıyev “Neanatologiya ”Bakı 2007 səh 124
541) Hamiləliyin neçə həftəsindən əvvəl doğulan uşaq vaxtından əvvəl doğulmuş sayılır?
A) 39
B) 37
C) 41
D) 42
E) 40
Normal hamiləlik 39-41 həftəyə qədər olan hamiləlikdir. Bu dövrdə doğulan uşaq ana bətnində inkişaf edərək funksional cəhətdən yetişmiş uşaq olur. 37 həftədən əvvəl doğulan uşaq isə funksional cəhətdən yetişməmiş ,vaxtından əvvəl doğulmuş uşaq sayılır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ”, “Bakı” 2007 səh 126
Dostları ilə paylaş: |