546) Uşaqda burun – udlaq keçəcəyinin iltihabı necə adlanır?
A) Traxeit
B) Rinit
C) Faringit
D) Laringit
E) Nazofaringit
Uşaqda burun udlaq keçəcəyinin iltihabı nazofaringit adlanır. Anatomik fizioloji xüsusiyyətə görə burunda iltihab olduqda prosesə burun udlaq keçəcəyi də qoşulur,bu səbəbdən də uşaqlarda nazofaringit ə çox rast gəlinir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 202
547) Uşaqda bronxial astma nə ilə xarakterizə olunur?
A) Yüksək hərarətlə
B) Qıcolma ilə
C) Tənginəfəsliklə
D) Göyərmə ilə
E) Boğulma tutması ilə
Bronxial astma infeksion allergik xəstəlikdir. Xəstəlik zamanı bronxlarda spazm baş verir, xəstədə nəfəsvermə aktı çətinləşir.bu da boğulma tutmalarına səbəb olur.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 190
Dostları ilə paylaş: |