UŞAQ İNFEKSİYALARI
Qızılca-kəskin virus xəstəliyi olub, olduqca yoluxucu xəstəlikdir. Törədicisi filtrdən keçən viruslardır, о çox uçucudur və insan orqanizmindən kənarda tez məhv olur. İnfeksiya hava-damcı yolu ilə xəstə asqırdıqda, öskürdükdə, dnışdıqda ətrafa yayılır. Xəstəliyin inkubasiya dövrü 17 gündür. Xəstə uşaqlar inkubasiya dövrünün axırında və xəstəliyin əvvəlində daha yoluxucu olurlar, 3-5 gün ərzində bədən hərarəti 38-39° -yə qədər artır, ümumi hal pozulur, süstlük, iştahanın pozulması, zökəm, quru öskürək, gözlərin qızarması, yaşarması, işıqdanqorxma əlamətlər müşahidə edilir. 2-3-cü gün yanaqlarda, diş ətinin selikli qişasında səpələnmiş mannı yarmasına oxşayan ləkələr əmələ gəlir. Sonra 4-6-gün dəridə xırda və iri ləkəli çəhrayı səpgilər əmələ gəlir, üç gündən sonra onlar sönür, itir, dəri qabıq verir. Uşağın halı yaxşılaşır. Lakin qızılca orqanizmin immunbioloji xassələrini zəiflədir, ağırlaşmalar; ağ ciyərlərin iltihabı, laringit, stomatit, kolit, bəzən vərəm xəstəlikləri baş verir.
Müalicə. Əksər hallarda ev şəraitində aparılır. Xəstəlik ağır olduqda qospitalizasiya məsləhət görülür. Yataq rejimi, gözlərə işıq düşməməlidir, otağı yaş dəsmalla təmizləyir, tez-tez havasını dəyişirlər. Xəstənin vaxtlı-vaxtında üzünü yumaq, ağzını, gözlərini, burnunu silmək vacib şərtlərdir. Xəstə çoxlu maye: meyvə şirəsi, limonlu çay, kefir içməlidir.
Qızılcanın profilaktikasında kütləvi fəal immunizasiya (peyvəndlər) mühüm yer tutur. Qızılcaya qarşı vaksin əks göstərişlər olmayan və qızılca ilə xəstələnməmiş 15-18 aylıq uşaqlara vurulmalıdır. Vaksinasiya bir dəfə dərialtına 0,5ml qurulaşdırılmış vaksin və ya iynəsiz inyektorla (0,1 ml) dəri daxilinə vurulur. Qızılca peyvəndinə əks-göstərişləri olan uşaqlara uşağın sağlamlığından, yaşından, qızılcalı xəstə ilə təmasda olduqdan sonra l,5ml-dən 3ml-ə qədər qamma-qlobilin vurulur.
Su çiçəyi-əsas etibarilə uşaqlarda olur. Törədicisi-fıltrdən süzülən virusdur-çox uçucudur, mərtəbədən-mərtəbəyə, binadan-binaya keçə bilər. Amma orqanizmdən kənarda davamlı olmadığına görə tez məhv olur və xəstənin əşyalarından, üçüncü şəxs vasitəsilə yoluxmur. Yoluxma mənbəyi xəstə uşaqlar, hava-damcı yolu ilə yayılır. İnkubasiya dövrü 14-21 gündür. Süstlük, iştahanın pozulması, üşütmə ilə başlanır. Bədən hərarəti 38-39° qədər artır, üzün, başın, bədənin üzərində səpgilər əmələ gəlir. Dəridə əvvəlcə qırmızı ləkələr əmələ gəlir. Şəffaf maye ilə dolmuş suluqlara çevrilir, 24- 48 saatdan sonra üzərində qartmaqlar əmələ gəlir. 7-8 gündən sonra tökülür, yerində çapıq qalmır. 15-20 gündən sonra səpgilər itir. Zəif uşaqlarda dəridə irinli ağırlaşmalar, otit (qulağın iltihabı), ağ ciyərlərin, böyrəklərin iltihabı baş verə bilər.
Spesifik müalicəsi yoxdur, lakin qulluğun xüsusi əhəmiyyəti vardır. Yataq rejimi vacibdir. Səpgilərə kalium-permanqanat məhlulu və ya brilyant abısı sürtürlər, gözləri 2%-li borat turşusu məhlulu ilə yuyulur, 1-20%-li albusid məhlulu tökülür. Mütləq dırnaqlar dibdən tutulmalıdır.
Skarlatina. Törədicisi-streptokokkdur. Əsasən 1 yaşından 10 yaşınadək uşaqlar tutulur. İnfeksiyanın mənbəyi skarlatinaya tutulmuş uşaq, yaxud daşıyanlardır. Hava-damcı yolu ilə yayılır. Uşaq sağaldıqdan sonra ömürlük immunitet qazanır. İnkubasiya dövrü 3-7 gündür. Üşütmə, qusma, baş ağrıları, boğazın ağrıması, bədən temperaturunun 38° dərəcəyə çatması ilə başlanır. Dəri örtükləri qızarır, boynunda, çiynində, döşündə xırda nöqtəli qırmızı səpgi əmələ gəlir. Ən çox səpgilər ətrafların daxili səthində, büküşlərində, döş qəfəsinin yanlarında, qarının aşağı səthində olur. Yanaqlar qıpqırmızı olur, dodağın və alt çənənin dərisi qızarmış nahiyələrin yanında solğun üçbucaq şəklində olur. Boyunda və çənə altındakı limfa düyünləri böyümüş olur və ağrıyır. Dil «moruğa» oxşayır, tonzillit əmələ gəlir. Ağırlaşmalar: otit, böyrəklərin, oynaqların iltihabı, revmokardit.
Müalicə. Qospitalizasiya. Antibiotiklər, vitaminlər, bütün bədənə ultrabənövşəyi şüalar verilməlidir, şəxsi gigiyena, palataların təmizliyi. Təmasda olan uşaqlar 7 gün uşaq müəssisəsində tibbi müayinədən keçməlidir.
Göyöskürək- Əsasən 1-5 yaşlı uşaqlar tutulur. Törədicisi- Borde-Janqu çöpcüyüdür. Hava-damcı yolu ilə yayılır. Xəstəlik keçirdikdən sonra orqanizm ömürlük immunitet qazanır. İnkubasiya dövrü 3-14 gündür. Xəstəlik tədriсən az-az öskürmək, subfebril temperaturla başlayır. Öskürək şiddətlənir, xüsusən gecələr tutmalar şəklində olur. Тənəffüs səthi olur, baş və boyun venaları gərginləşir, gözdə qansızmalar, burun qanaxmaları nıüşahidə edilir. Öskürək tutması çox vaxt qusma ilə qurtarır. Tutmaarası dövrdə uşaq özünü yaxşı hiss edir, lakin uşaq orqanizmi zəifləyir. Ağır hallarda 15 dəqiqə çəkən öskürək tutmaları sutkada 40-50 dəfə olur.
Müalicə antibiotiklər, oksigenterapiya, vitaminlər, sedativ və neyroleptik dərmanlar (aminazin, propazin), göyöskürəyə qarşı xüsusi qamma-qlobulin. Profilaktika məqsədilə xəstələnmiş uşağı 40 gün təcrid etmək, 10 yaşına qədər təmasda olan uşaqlar 14 gün karantində olmalıdır. Xəstə uşaqlar açıq havada çox olmalıdırlar.
Hal-hazırda kütləvi şəkildə uşaqlara xəstəliyə qarşı profilaktik peyvəndlər edilir, təmasda olan uşaqlara spesifik qamma-qlobulin yeridilir.
Difteriya. Törədicisi-Lefler çöpcüyüdür. Çox vaxt payız-qış aylarında baş verir. İnfeksiya xəstə uşaqdan, yaxud daşıyanlardan hava-damcı yolu ilə, bəzən əşyalardan, süddən keçə bilər. Sağaldıqdan sonra davamlı immunitet qazanılır, amma xəstəliyin təkrar baş verməsi hallarına da rast gəlmək olar. İnkubasiya dövrü 2-11 gündür. Xəstəliyin əlamətləri iltihab prosesinin baş verdiyi yerindən asılıdır, ən çox təsadüf olunan əsnəyin, qırtlağın, burunun, gözlərin difteriyasıdır. Əsnəyin difteriyası zamanı boğazda ağrılar, boyun limfatik düyünləri böyüyür, amma ağrısız olur. Burunun difteriyasında arası kəsilmədən zökəm baş verir, burun pərləri, üst dodaq şişir, qızarır. Ağırlaşmalar: kəskin ürək-damar çatmazlığı, miokardit, iflic, hətta ölümlə nəticələnə bilər.
Müalicə: Qospitalizasiya. Difteriyaya qarşı serum, antibiotiklər, böyrəküstü vəzi qabığının hormonları, oksigen, ürək-damar preparatları. Uşaqda inaq əmələ gəldikdə dərhal vanna eləməli, yaxud xardala bələməli, oksigen verməli, inkubasiya və ya traxeotomiya, qələvi yağ inhalyasiyası aparılmalıdır.
Uşaq kollektivində infeksiyanın profilaktikası Uşaqlarda yoluxucu xəstəliklər çox ağır keçir, müxtəlif ağırlaşmalara səbəb olub, uşaqların fiziki inkişafının ləngiməsinə, bəzən də qarşısı alınmayan uşaq ölümünün yüksək olmasına səbəb olur. Yoluxucu xəstəliklərlə mübarizədə profilaktik tədbirlər əsas yeri tuturlar və iki istiqamətdə aparılırlar.
-
Ümumi profilaktik tədbirlər.
-
Xüsusi-spesifik profilaktik tədbirlər.
Ümumi tədbirlərə daxildir:
1. Yaşayış yerlərinin abadlaşdırılması.
2. İctimai yeməkxanalara, ərzaq mallarının satışına, məktəb yeməkxanalarına, bufetlərə, süd zavodlarına, süd
mətbəxtlərinə ciddi gigiyenik nəzarət.
3. Parazitlərlə mübarizə
4. Uşaq müəssisələrində normal sanitar-gigiyenik və epidemioloji vəziyyətin yaranması.
5. Xalq arasında sanitar maarifin düzgün təbliği.
Xüsusi spesifik profilaktik tədbirlər:
-
Düzgün və rasional qidalanma
-
Təmiz havadan, günəşdən, idmandan, bədənin möhkəmlənməsini təmin edən üsullardan geniş istifadə edilməsi.
3.Aktiv immunizasiyanın aparılması
4.Əksepidemik tədbirlərin aparılması:
-
infeksiya mənbəyinin erkən izolyasiyası
-
passiv immunizasiyanın təşkili
-
dezinfeksiya tədbirləri
Dostları ilə paylaş: |