Fənn:
Qida fiziologiyası
Tərtib etdi:
müəl., b.ü.f.d. BABAŞLI A.Ə.
MÜHAZİRƏ
14.
TƏDRIS
VƏ
SƏHIYYƏ
OCAQLARINDA
KÜTLƏVI IAŞƏNIN TƏŞKILININ FIZIOLOJI ƏSASLARI
Plan
Uşaqların qidalanması
Tələbələrin qidalanması
1. Uşaqların qidalanması
İnsanın uşaqlıq dövrü üçün intensiv böyümə və boyatma prosesləri
xarakterikdir. Bu dövrdə uşaq orqanizminin normal inkişafı və sağlamlığı
ən vacib şərtlərdən biridir. Uşaqlıq dövründə uşaqların ali sinir fəaliyyəti,
intellekti və aktiv hərəkətləri formalaşır, xarici mühitlə əlaqələri
zənginləşir, mühit-amillərinin qeyri-əlverişli təsirlərinə reaksiyaları
zənginləşir. Bir sözlə, uşaq orqanizminin böyümə və fəallığı yaşadığı
mühitə adaptasiyası və ona müdaxiləsinin, qurulma və energetik
proseslərinin yüksək səviyyələrdə həyata keçməsini tələb edir. Ona görə
də uşaqlıq dövründə rasional qidalanma bütün digər amillərdən daha
böyük əhəmiyyətlisi sayılır. Qeyd olunduğu kimi, uşaq orqanizmində,
əsas mübadilə və enerji məsrəfləri xeyli böyükdür, bu da əsas etibarilə
böyümə, bədən kütləsinin artması, əzələ işinin fəallaşması ilə əlaqədardır.
Uşaqlarda
assimilyator
(anabolik
sintetik)
proseslər
dissimilyator
(katabolik, deqrativ) proseslər üzərində dominantlıq edir. Erkən yaşda
orqanizmin quruluş və funksiyalarının düzgün formalaşması, həyat
fəaliyyəti üçün və digər biokimyəvi fızioloji parametrlərin təşəkkülü və
təzahürü üçün, şübhəsiz mənimsənilən qidanın əhəmiyyəti və keyfıyyəti
ilə sıx bağlıdır.
Böyüməkdə olan uşaq orqanizminin rasional qidalanmaya olan tələbləri,
yeniyetmə və ya yaşlı dövrlərdəki insan orqanizminin qidaya olan
tələblərindən xeyli fərqlənir. Bu tələblərin yerinə yetirilməməsi onun
böyümə və inkişafının pozulmasına səbəb olur. Ona görə də uşaqlıq
dövrü üçün qidalanma rasionlarının düzgün tərtib edilməsi sağlamlıq
nöqteyi-nəzərindən həmişə aktual məsələ olub və olaraq da qalır.
Qeyd edildiyi kimi, böyüyən orqanizmin toxuma və hüceyrələri,
orqanları və bütövlükdə bədənin qurulması və fəaliyyəti üçün zülallar
xüsusi əhəmiyyətə malikdirlər.
Uşaq orqanizminin zülala olan ehtiyaclarının düzgün müəyyən edilməsi
olduqca vacibdir, çünki, zülali maddələr tikinti və enerji materialı
olmaqla yanaşı, funksiyaların əsas daşıyıcısıdır. Orqanizmin azot balansı
kimi mühüm istiqamət göstəricisi də əsasən zülal və aminturşuların
mənimsənilməsi ilə əlaqədardır.
Qida rasionunda zülal çatışmazlığı və ya zülala görə qidanın az dəyərliyi
uşaq dietoloqlarını qayğılandıran əsas məsələlərdən biridir. Bu məsələnin
əhəmiyyəti ondan irəli gəlir ki, orqanizmdə zülal ehtiyatları olmur.
Zülallar orqanizmin böyümə fazasında yeni toxuma və hüceyrələrin
formalaşması üçün zəruridir. Uşağın yaşı nə qədər az olarsa, onun bədən
kütləsinin hər kiloqramı üçün bir o qədər çox zülal lazımdır. Belə ki, uşaq
orqanizminin inkişafı dövründə bədənin hər kq kütləsinə 5-5,5 q, 1-dən 3
yaşa qədər - 4,45 q, 4-dən 7 yaşa qədər 3,5-4 q, 8-dən 12 yaşa qədər - 3
q, 12-dən yuxan yaşlarda isə 2-2,5 q zülal tələb olunur. Oğlanlarda zülala
olan ehtiyac qızlardakından çoxdur. Böyüyən orqanizmdə zülalların
sintezi onların parçalanmasından üstün olduğuna görə uşaqlarda azot
balansı müsbət olur.
Zülalın optimal sutkalıq dozaları mövcuddur ki, bu dozalarda azotun
orqanizmdə maksimum saxlanması və ya retensiyası müşahidə edilir.
Məsələn: 1,5-dən 3 yaşa qədər maksimum retensiya 1 kq bədən kütləsinə
4 q zülal düşdükcə qeyd olunur. Zülalın bu normadan yuxarı artması
orqanizmdə retensiya ilə müşaiyyət olunmur. Azotun retensiyası təkcə
qidadakı zülallardan deyil, həmçinin zülal, yağ və karbohidratlar
arasındakı nisbətlərdən də asılıdır. Ən əlverişli retensiya qidada bu
maddələrin miqdarca nisbəti 1:1:4 olduğu halda müşahidə edilir. Ən
vacibi
odur
ki,
uşaqlar
qida
ilə
kifayət
qədər
əvəzolunmayan
aminturşularını ala bilsin. Məsələn: böyüm və qanın yaranmasına kömək
edən lizin aminturşusunun sutkalıq optimal miqdarı 3,2-4,8 q-a qədər,
böyümə üçün zəruri olan triptofanın miqdarı isə 1 q təşkil edir və s. 1-dən
3 yaşa qədər olan uşaqlarda qida ilə mənimsənilən zülalın 75%-ə qədəri
heyvanat mənşəli, 25%-ə qədəri isə bitki mənşəli olmalıdır.
Yaş artdıqca sutkalıq qida rasionunda heyvanat mənşəli zülalların
miqdarı getdikcə azalmalıdır. Məsələn, 5 yaşında olan uşaqlarda hər iki
növ qida zülalının miqdarı bərabərləşməlidir. Yuxarı sinif şagirdləri və
tələbələr üçün müəyyən edilən qida rasionlarında yaşlılarda olduğu kimi
heyvanat mənşəli zülallar 30, bitki zülalları isə 70%-ə yaxın olmalıdır.
Uşaqlarda karbohidrat mübadiləsi intensiv gedir və bu orqanizmin şəkərə
olan böyük tələbatları ilə əlaqədardır. Eyni zamanda böyüyən orqanizmdə
karbohid-rat-ların yağ və zülallardan əmələ gəlməsi prosesləri zəif təmsil
olunmuşdur. Adətən, 1-dən 3 yaşa qədər olan uşaqların karbohidratlara
olan sutkalıq tələbatı 183 q, 4-don 7 yaşa qədər 288 q, 8-dən 13 yaşa
kimi 370 q, 14-dən 17 yaşa kimi 470 q təşkil edir.
Uşaq orqanizminin yağlara olan ehtiyacı yaş çox olduqca azalır. Belə ki,
4 yaşa qədər olan dövrdə hər kq çəkiyə 3,5-4 q, məktəbəqədər və məktəb
yaşlarında isə 2,0-2,5 q yağ tələb olunur. Tədqiqatlar göstərmişdir ki, bu
zaman yağa bənzər maddələrdən fosfolipidlərin miqdarı artır. Bu halda
yaşla əlaqədar olaraq qanda xolesterinin, neytral yağların miqdarı
artmağa başlayır.
Uşaqların
müxtəlif
mineral
maddələrə
olan
tələbatları
fərqlənir, belə ki, onların qidasında Na, K və C1 az, Ca, P, N
isə nisbətən bir neçə dəfə çox olmalıdır. Uşaq orqanizminin
kalsium və fosfora olan ehtiyacları xüsusilə böyükdür, bu da
onların sümük toxumasının, skeletinin intensiv inkişafı ilə
bağlıdır. Həyatın birinci ilində kalsiuma olan tələbat ikinci
ilində olduğundan 8 dəfə artıq olur. Məktəbəqədər və məktəb
yaşlarında orqanizmin kalsiuma olan sutkalıq tələbatı 0,68-
2,36 mq/kq bədən kütləsinə bərabərdir. Qanın hemoqlobinin
tənəffüs funksiyası üçün dəmir elementi vacibdir, uşaqlarda
bu elementə sutkalıq tələbat 1-1,2 mq/kq çəki qiyməti
qədərdir.
Uşaq orqanizmində enerji sərfı yaşdan asılıdır və yaş artdıqca
onun qiyməti hər kq bədən kütləsinə görə hesablandıqda
tədricən artır. Aşağıdakı cədvəldə (cədvəl 1) uşaqlarda və
yeniyetmələrdə hər kq bədən kütləsinə görə yaşlılarla
müqayisədə sutkalıq enerji sərfınin qiymətləri verilmişdir
(V.İ.Molçanova görə).
Uşaqlarda enerjinin böyük hissəsi böyümə prosesinə sərf olunur. Bu
mənada yaş nə qədər kiçik olarsa, onun enerji məsrəfı də bir o qədər
yüksəkdir. Məsələn: 3 aylıq körpənin orqanizmi onda əmələ gələn
enerjinin 30%-ə qədərini, 9 aylıq uşaqda isə 21%-ə qədərini böyümə
prosesinə sərf edir.
Yaş dövrü
Enerjinin sutkalıq sərfi, (kcoul ilə)
Uşaqlarda
2 - 6 yaşda
294-315
7-10 yaşda
252 - 294
11-15 yaşda
189-231
Yaşlılarda
147-168
2) Tələbələrin qidalanması
Hesablamalara görə oğlan tələbələrin sutkalıq enerji ehtiyacı təxminən
3300 kkalori, qız tələbələrinki isə təxminən 2750 kkalori təşkil edir. Bu
iki cinsdən olan tələbələrin əsas qida maddələrinə olan sutkalıq tələbat
normaları müvafıq olaraq aşağıdakı kimi müəyyən edilmişdir: zülallar -
113 və 96 q, o cümlədən heyvani zülallar -68 və 58 q, yağlar - 106 və 90
q, o cümlədən bitki yağları - 32 və 27 q, karbohidratlar isə - 451 və 383
q.
Tələbələrin sağlamlığını və tədris prosesində zehni iş qabiliyyətini lazımi
səviyyədə saxlamaqdan ötrü tarazlaşdırılmış qidalanma, gündəlik qidanın
miqdarı və qida rejimləri arasındakı müddəalar mühüm rol oynayır.
Qəbul edilmiş normativlərə görə tələbə gündə dörd dəfə qidalanmalıdır.
Bəzi şəraitlərdə onun gündəlik rejimi ən azı üç və ya iki dəfə qidalanma
ilə məhdudlaşa bilər.
Tədris prosesinin yükü və tələbənin yaşadığı şərait, onun qidalanmasının
təşkili məsələsində mütləq nəzərə alınmalıdır. Tələbələrin gündə dörd
dəfə qidalanmasında kalorinin düzgün paylanmasına xüsusi fikir
verilməlidir.
Normativlərə görə birinci səhər yeməyi sutkalıq kalorinin 15%-ni, ikinci
səhər yeməyi 10%-ni, nahar yeməyi 45%-ni, şam yeməyi isə 20%-ə
qədərini təşkil etməlidir. Üç dəfəlik qida rejimi olduqda isə səhər yeməyi
sutkalıq kaloridə 30%, günorta yeməyi 50%, şam yeməyi 20%-ə qədər
olmalıdır.
Yeməklərarası
fasilələrin
müddətləri
6
saatdan
çox
olmamalıdır.
Texniki peşə məktəblərində oxuyan tələbələrin qidalanma rejimləri bir
qədər fərqlənə bilər. Cinsdən və təlim-tədris qaydalarından asılı olaraq
onların gündəlik yeməyinin ümumi kaloriliyi 3000 kkalori və ya daha
çox
olmalıdır.
Texniki-peşə
məktəbləri
şəbəkəsində
oxuyanların
qidasında müxtəlif zülalların, mineral elementlərin və vitaminlərin
zənginliyinə xüsusi fıkir verilməlidir.
Dostları ilə paylaş: |