583) Hipoqlikemik komanın əsas yaranma səbəbi?
A) Passiv həyat tərzi
B) Karbohidratın çox qəbulu
C) İnsulinin artıq dozada vurulması
D) İnsulinin dozadan az vurulması
E) Aktiv həyat tərzi
Hipoqlikemik koma şəkərli diabetin insulinlə müalicəsi zamanı onun dozasının çox olması nəticəsində yaranır.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 135
584) Uşaqda raxit xəstəliyinin profilaktikası üçün vitamin D-nin sutkalıq dozasını göstərin.
A) 700 mq
B) 600 mq
C) 800 mq
D) 400 mq
E) 300 mq
Raxit ümumi orqanizmin xəstəliyi olub vitamin D-nin çatmaması və Ca F mübadi-ləsinin pozulması nəticəsində əmələ gəlir. Onun profilaktikası üçün uşağa sutka-lıq 400 mq vitamin D verilməlidilir. Spirtli və yağlı məhlul şəklində
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 15
585) Qızılcanın aktiv immunizasiyası ilə edilir.Nöqtələrin yerinə uyğun gələn cavabı seçin.
A) BSJ ilə
B) İnsan immunoqlobulini
C) Askorbin turşusu
D) Tuberkulin
E) Diri qızılca vaksini
Qızılcanın aktiv immunizasiyası diri qızılca vaksini Q.P.M. ilə edilir. 1 və 6 yaşda dəri altına vurulur.
Ədəbiyyat: Təcrübədə immunlaşdırma metodik göstərişlər. Modul 2 səh 18
Dostları ilə paylaş: |