580) Yüksək hərarət zamanı uşağa göstərilən yardıma daxil deyildir?
A) Hərarətsalıcılar vermək
B) Dərini spirtlə silmək
C) Çoxlu maye vermək
D) Başa soyuq qoymaq
E) Kalorili qida
Yüksək həraraət orqanizmin infeksiya qarşı reaksiyasıdır, bu uşaq orqanizminə mənfi təsir edir, ürək , tənəffüs fəaliyyəti artır,qıcolma ola bilər. Belə uşağa coxlu maye vermək, başa soyud qoymaq, dərisini spirtlə sirkə ilə silmək lazımdır. Kalorili qida əks göstərişdir.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 160
581) Bronxial astmanın ən xarakterik simtomu hansıdır?
A) Öskürək
B) Yüksək hərarət
C) Kataral əlamətlər
D) Qarında ağrı
E) Nəfəsvermə zamanı təngnəfəslik
Bronxial astma infeksion allergik xəstəlikdir. Bronxların spazmı nəticəsində nəfəsvermə aktı çətinləşir, nəticədə xəstədə təngnəfəslik yaranır, boğulma baş verir.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 190
582) Xəstəxana daxili pnevmoniyanın etiologiyasında aşağıdakı bakteriyalardan hansının rolu böyükdür?
A) Qızılı stafilokok
B) Steptokok
C) Pnevmokok
D) Göy irin çöpləri
E) Meninqokok
Pnevmoniya – ağciyər toxumasının iltihabı xəstəliyi olub, ən çox pnevmokok mənşəli olur. Pnevmokokların xəstəxanadaxili pnevmoniyanın etiologiyasında da rolu digər bakteriyalardan çoxdur.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 162
Dostları ilə paylaş: |