665) Yumuşaq sarğılara hansı aiddir?
A) Borulu elastiki bint
B) Kleol
C) Kramer şinası
D) İmprovizə olunmuş şinalar
E) Gips sarğısı
Sarğı materialının daha möhkəm və etibarlılığını təmin etmək məqsədilə və dərman maddələrinin yara üzərində saxlanması üçün bu yumşaq sarğı növündən istifadə edilir.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.308
666) Aşıq daban oynağının zədələnmələrində hansı sarğı qoyulur?
A) Spiralvari
B) Səkkizvari
C) Qayıdan
D) Sünbül
E) Tısbağavari
Aşıq daban oynağının zədələnmələrində binti səkkiz rəqəmi şəklində dolayaraq oynaqda hərəkətin məhdudlaşdırılmasına nail olunur. Bu sarğı səkkizvari sarğı adlanır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.309
667) Travmalarda ilk yardım məqsədilə yuxarı ətraflara rahatlıq vermək üçün hansı sarğı növündən istifadə olunur?
A) Spiral
B) Səkkizvari
C) Sünbül
D) Dezo
E) Ləçəkvari
İlk yardım zamanı geniş istifadə edilir, habelə bazunu, saidin, biləyin və s. xəstəliklərində yuxarı ətrafa rahatlıq vermək üçün işlədilir.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.306
Dostları ilə paylaş: |