672) Jane şprisi hansı məqsədlər üçün işlədilir?
A) Əzələ daxili inyeksiyalar üçün
B) Dərialtı inyeksiyalar üçün
C) Dəri içi sınaq üçün
D) Boşluqları yumaq üçün
E) Vena daxili inyeksiyalar üçün
Tutumu 50-200 ml olan Jane şprisləri mövcuddur.Şprisin bəzilərinin konusu ortada,bəzilərininki isə bir qədər kənarda yerləşir.Konusu kənarda olan şprisləri işlətmək daha rahatdır.Şprislərdən boşluqları yumaq üçün istifadə edilir.
Ədəbiyyat: M.M.Abakumov.Moskva-1985(səh.31)
673) Dişlənmiş yaralarda ilkin olaraq tibb işçisi nə etməlidir?
A) Yara kənarlarını yodla işləyib,aseptik sarğı qoymaq
B) Antibiotik vurmaq
C) Yaranı 1-li cərrahi işləmək
D) 1%-li 1.0 ml promedol vurmaq
E) Kip sarğı qoymaq
Belə yaralar it,pişik.canavar,insan və digər canlılar vasitəsilə törənir.Bu yaraların ətrafında qansızmalar müşahidə olunur.Ağız boşluğunda olan mikroblar və quduzluq virusları yaraya düşdüyündən ciddi problemlər yaradır.
Ədəbiyyat: H.A.Sultanov.Bakı-1997 (səh.125)
Dostları ilə paylaş: |