695) Yetkin şəxslərdə ürəyin vasitəli massajı zamanı döş qəfəsinə təzyiq necə aparılır?
A) 2 əlin barmaqları ilə
B) Sol əlin ovucun proksimal hissəsinə sağ əlin ovcunu qoymaqla
C) Sol əlin bütün ovuc səthi ilə
D) Təkcə sağ əllə
E) Əlin 3 barmağı ilə
Ürəyim vasitəli massajı zamanı döş qəfəsi içəriyə doğru 4-5 sm ekskursiya etsin deyə sol əlin ovucunun proksimal hissəsinə sağ əlin ovcunu qoymaqla təyziq edilir. Bu təzyiq nəticəsində ürəyin mədəciklərindəki qan damarlara qovulur.
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh 124
696) Vena daxili infuziya zamanı hava emboliyasının qarşısını almaq üçün hansı profilaktik tədbir görülür?
A) Sistem və iynə steril olur
B) Kiçik diametrli iynələrdən istifadə olunur
C) Maye köçürüləcək damarlar dəyişdirilir
D) İti uclu iynələrdən istifadə olunur
E) Sistemdən əvvəlcə hava qabarcıqları çıxarılır
Birdəfəlik damcıladıcı sistemin icərisində hava olduqda hava emboliyası qorxusu olur, ona görədə sistemdən əvvəlcə hava qabarcıqları çıxarılır ki,belə ağırlaşma olmasın.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 62
Dostları ilə paylaş: |