713) Tısbağavari sarğı hansı nahiyələrə qoyulur?
A) Ayağa
B) Aşıq-daban oynağına
C) Boyuna
D) Bazu oynağına
E) Diz və dirsək oynaqlarına
Diz və dirsək oynaqlarını sarımaq üçün münasibdir və qoyulma formasından asılı olaraq yaxınlaşan və uzaqlaşan formasıvar. Yaxınlaşan formada binti oynaqlardan yuxarıda və aşağıda dairəvi dolayıb oynaq çüxurunda çarpazlayırlar. Uzaqlaşan formada isə əksinə.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 109
714) Sapandvari sarğını hansı nahiyələrə qoyurlar?
A) Gözə,qulağa
B) Boyuna,ələ
C) Dizə, dirsəyə
D) Gövdəyə
E) Buruna, çənəyə, başa
Sapandvari sargıda enli bintin ucları iki hissəyə ayrılır və əks tərəflərdə bağlanılır. Bu sarğı aşağı çənəyə, buruna, başa qoyulur.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı.Çıraq nəşriyyatı 2008. səh.276.
715) İsti hava axını ilə işləyən quruducu şkafda optimal t°-nə qədər olmalıdır?
A) 180-220°
B) 150-160°
C) 100-120°
D) 160-180°
E) 120-140°
Bu şkafların üzərində t°-göstərən şkala olur. t°-180°-yə qalxdıqdan sonra sterilizasiyanın vaxtı hesablanır və 40 dəqiqə steriliasiya olur.
Ədəbiyyat: V.P.Abakumov. “Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı”. Moskva 1985. Səh 42
Dostları ilə paylaş: |