887) Xüsusi tibbi geyim qanla çirkləndikdə necə dezinfeksiya ediliməlidir?
A) 60 dəq 0,2%-li xloramində
B) 2 saat 10%-li xlorlu əhəng məhlulunda
C) 10 dəq 3%-li hidrogen-peroksiddə
D) 5 dəq 10%-li xloramində
E) 5 dəq 1%-li xloramində
Tibb işçilərinin manipulyasiya və əməliyyatlar zamanı xüsusi geyimləri qanla çirkləndikdə,geyimlər 2 saat müddətinə 10%-li xlorlu əhəng məhlulunda dezinfeksiya edilməlidir.
Ədəbiyyat:S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(168)
888) Hepatitli xəstələrlə kontakta olan tibbi alətlərin dezinfeksiyasında neçə faizli xloramin məhlulu işlədilir?
A) 5%
B) 1%
C) 3%
D) 0,2%
E) 10%
Hepatit xəstəliyi ilə xəstə insanlardan qan götürdükdə,digər manipulyasiyaları yerinə yetirdikdə istifadə olunmuş bütün əşyalar 60 dəqiqə müddətində 3%-li xloramin məhlulunda saxlanmalıdır.
Ədəbiyyat:S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(178)
889) Xəstəxananın qəbul şöbəsinə orta ağır vəziyyətdə xəstə gətirilib. Növbətçi həkim yoxdur, feldşer nə etməlidir?
A) Xəstəni reanimasiya şöbəsinə aparmalı
B) Təcili növbətçi həkimi çağırmalı
C) Həkiməqədər təxirəsalınmaz yardıma başlamalı
D) Konsilium çağırmalı
E) Xəstənin qəbulu üçün sənədləri doldurmalı
Qəbul şöbəsinə gətirilmış bütün xəstələrə lazımi tibbi yardım növbətçi həkim tərəfindən göstərilir.Lakin həkim olmadıqda növbədə olan feldşer,tibb bacısı həkimi gözləmədən ilk tibbi yardım göstərməlidir.
Ədəbiyyat:S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(19)
Dostları ilə paylaş: |