989) Heparindən artıq dozada istifadə etdikdə hansı fəsad baş verir?
A) Piuriya
B) Hemorragiya
C) Nikturiya
D) Anuriya
E) Dizuriya
Heparin güclü antikoaqulyant preparat olduğuna görə artıq dozada istifadə etdikdə insan orqanizmində hemorragiya, allergiya halları baş verir.
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 219
990) Hipotiazidin qəbul qaydası necə olmalıdır?
A) Səhər
B) Kalium preparatları ilə səhər
C) Kalium preparatları ilə axşam
D) Axşam
E) Günorta
Hipoterazid güclü hipotenziv preparatdır. Orqanizmdən kalium suyun xaric olmasını gücləndirir. 10-12 saat təsir göstərir. Buna görə də hipotiazidi səhər kalium preparatları ilə birlikdə qəbul etmək lazımdır.
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 167
991) Mədənin xora xəstəliyi müalicəsi zamanı istifadə edilən H2 histaminblokator hansıdır?
A) Platifillin
B) Venter
C) Pantosid
D) Maaloks
E) Famotidin
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 285
Dostları ilə paylaş: |