998) Qlukokortikosteroidlərin əlavə təsiri hansıdır?
A) Hiperrefleksiya
B) Ödem əmələ gətirmə
C) Hipotenziya
D) Bronxospazm
E) Yuxugətirici
Qlukokortikosteroidlərdən uzun müddət istifadə etdikdə şəkərli diabet, böyrəküstü vəzilərin beyin maddəsini atrofiyası, ödemlər, mədə xorası ağırlaşmaları baş verir.
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 379
999) Ürək qlikozidləri ilə zəhərlənmə zamanı istifadə edilən antidot hansıdır?
A) Bemeqrid
B) Unitiol
C) Aktivəşdirilmiş kömür
D) Nalorfin
E) Papaverin
Zəhərlənmənin əlamətləri meydana çıxdıqda ürək qlikozidlərinin tətbiqini dayandırmaq və onların antaqonistlərini təyin etmək lazımdır. Bu məqsəd ilə unitioldan, kalium preparatlarından istifadə edilir.
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 384
1000) Revmatoid artridlərin müalicəsində istifadə edilən əsas preparatları göstərin.
A) İltihab əleyhinə preparatlar
B) Ürək qlikozidləri
C) Antibiotiklər
D) Diuretiklər
E) Antiaqreqantlar
İltihab əleyhinə preparatlar prostaqlandinlərin biosintezini blokadaya aldığına görə revmatizmdə, poliartridlərdə istifadə edilir.
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 412
Dostları ilə paylaş: |